Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52846
az

SON DƏQİQƏ! Azərbaycan Ermənistana rəsmi cavab verdi

09:4821 Aprel, 2021
3124
  • A

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.

- Ermənistan XİN-i Azərbaycan Respublikası Prezidentinin Ermənistana qarşı güc tətbiq etmək təhdidi ilə çıxış etdiyini iddia edən şərh ilə çıxış edib. Bu barədə fikirlərinizi öyrənmək istərdik.

- Azərbaycan Respublikasının Prezidenti hər zaman olduğu kimi, fikirlərini kifayət qədər aydın və konkret şəkildə ifadə edib. Əgər Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir.

Dövlət başçımızın fikirlərini təfsir etmək istəyənlərin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Prezidenti 20 aprel tarixli müsahibəsində Azərbaycana qarşı Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyümüzə ola biləcək təhdidlərdən bəhs edib və “əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik... çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir” - deyə vurğulayıb. Bu isə Ermənistan XİN-in iddia etdiyi kimi, Ermənistanın ərazi bütövlüyünə təhdid deyil, əksinə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə ola biləcək hər hansı təhdidi cavablandırmaq qətiyyətimizin göstəricisidir.

Xatırlatmaq istərdim ki, dövlət başçısı müsahibəsində, eyni zamanda Azərbaycanın əməkdaşlığa hazır olduğunu söyləyib, Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində törətdiyi soyqırımı və tarixi, mədəni, dini abidələrimizin dağıdılmasına rəğmən bizim gələcəyə baxmalı olduğumuzu vurğulayıb.

Dəfələrlə və ən yüksək səviyyədə bəyan edildiyi kimi, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. 10 noyabr 2020 və 11 yanvar 20201-ci ildə imzalanmış üçtərəfli bəyanatların icrası da elə məhz buna xidmət edir. Ermənistan isə təəssüf ki, üçtərəfli bəyanatın icrası əvəzinə, yalan və iftira dolu fikirləri ilə həm öz əhalisini zəhərləyir, həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

21 nəfər bu partiyanın səlahiyyətli      nümayəndəsi        oldu
Bu qanunda dəyişiklik edildi
İlham Əliyev bu qaydaları təsdiqlədi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı