Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5206
az

600 dəfə sui-qəsdə məruz qaldığı üçün Ginnesin Rekorlar kitabına düşən prezident kimdir?

13:2013 Sentyabr, 2018
1536
SİYASƏT
  • A
 Kuba liderinin 20-yə yaxın nikahdan kənar övladının olduğu deyilir

İnqilabçı və dünyanın ən tanınmış siyasi xadimlərindən biri, Kubanın keçmiş lideri Fidel Kastro zaman-zaman müzakirə obyekti olub.Hətta ölümündən sonra belə onun haqqında şaiyələr dolaşmağa başlayıb.

 Bəs F.KAstro kimdir?

Fidel Alexandro Kastro Ruz 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub.

Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib.

Siyasi fəaliyyəti

Kastro təhsilini Çilinin paytaxtı Santyaqoda katolik internatında alıb, həm də Havanadakı yezuit kollecində oxuyub. Sonradan Kastro Havana universitetinə daxil olub və oranı hüquq təhsili üzrə bitirib. 50-ci illərin əvvəllərində o, Kuba xalqları partiyasına ("Ortodokslar") üzv olub və siyasi fəaliyyətə başlayıb. Kubada 1952-ci ilin martında general Batistanın başçılığı ilə hərbi çevriliş olub və diktatura rejimi qurulub. Bundan sonra Kastronun da üzv olduğu "Ortodokslar" partiyası Batistanın diktatura rejiminə qarşı mübarizəyə başlasa da, tezliklə dağıdılıb. Buna baxmayaraq Kastro bu partiyanın üzvlərindən kiçik bir qrupunu öz ətrafına cəmləyərək Batistanın rejimini devirmək üçün hazırlıqlara başlayıb.

1953-cü ilin iyulunda Kastronun başçılıq etdiyi qrup bu istiqamətdə ilk cəhdini göstərib və hərbi kazarmalardan birinə hücum edib. Ancaq bu hücumun qarşısı qəddarcasına alınıb. Kastronun qrupunun üzvlərindən çoxu öldürülüb, onun özü isə həbs olunaraq hərbi tribunala verilib. Ancaq Kastro onun üzərində qurulan məhkəməni də Batista rejiminə qarşı hücum üçün istifadə edib. O, məhkəmədə "Tarix mənə haqq qazandıracaq" adlı məşhur çıxışını edib və Batistanın diktatura rejimini sərt şəkildə tənqid edərək ölkədə milli-azadlıq hərəkatının proqramını açıqlayıb. Məhkəmə Kastronu 15 il azadlıqdan məhrum etsə də o, üç il sonra ictimaiyyətin təzyiqi ilə əfv olunub. Həmin il o, Meksikaya mühacirət edib.

1956-cı ilin dekabrında Kastronun başçılıq etdiyi bir qrup inqilabçı gizli yolla kiçik yaxtada Kubanın Oryente əyalətinə keçiblər. O, tədricən qiyamçı ordu formalaşdıraraq diktatura rejiminə qarşı partizan müharibəsinə başlayıb. Nəhayət, Kastro 1959-cu ilin 1 yanvarında öz məqsədinə çatıb.

Onun başçılıq etdiyi inqilab ordusunun ətrafında cəmləşən demokratik qüvvələr Batistanı devirərək hakimiyyəti ələ alıblar. Həmin ilin fevralında Kastro Kuba inqilabı hökumətinin baş naziri olub.

47 illik hakimiyyəti dövründə özünün dediyinə görə, Kastronu devirmək üçün 600 dəfə cəhd göstərilib. Ona saysız-hesabsız sui-qəsd cəhdləri olub. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Kastro rejimini devirmək üçün onlarla əməliyyat qurub. Ancaq "komandante" ləqəbli Kastro bütün bunlardan salamat çıxıb. Kastro alovlu natiq kimi də tarixə düşüb. O, saatlarla dayanmadan danışa bilirdi. Məsələn, o, Amerika konqresmenlərinə sağlam inək sortunun yetişdirilməsi barədə üç saat mühazirə oxuyub, BMT Baş Assambleyasının toplantısında isə yeddi saat çıxış edib.

MKİ-nin hazırladığı məxfi hesabatda deyilirdi ki, Kastro sağalmaz Parkinson xəstəliyinə tutulub və yaxın dörd ildə öləcək. Diktatorun şəxsi həkimi isə onun 140 il yaşaya biləcəyini deyirdi. Kastro həmişə geydiyi tünd rəngli frençlə tarixə düşüb. Kubalılar Kastronu həmişə bu frençdə görüblər. Xarici görünüşünə görə o, adi hərbi mundirdən fərqlənmir, ancaq əslində o xüsusi materialdan hazırlanıb və onun bədənində sabit temperatur saxlayır.

2006-cı ildə o səhhətində yaranmış problemlərə görə hakimiyyəti qardaşı Raul Kastroya təhvil verdi. 2008-ci ildə isə bütün dövlət işlərindən uzaqlaşdı, 2011-ci ildə hakim partiyanın sədri postundan da istefa verdi.

Ümumiyyətlə Kastro mübahisəli siyasi fiqur hesab edilib. Tərəfdaşları onun siyasi, humanitar, sosial siyasətini çox yüksək qiymətləndirir, ölkənin inkifaşı üçün bunun şərt olduğunu düşünürdü.

Bununla yanaşı onu diktaror kimi qələmə verənlər, siyasəti nəticəsində milyonlarla insanın Kubanı tərk etməsinə, ölkə iqtisadiyyatının çökməsinə səbəb olan insan kimi də baxılırdı.

Şəxsi həyatı

Kastronun şəxsi həyatı barədə elə də çox məlumat yoxdur. Onun neçə arvadının olduğu dəqiq məlum deyil, ancaq Kastro bu vaxtadək üç dəfə evlənib. Amma bir çox qadınlarla münasibətinin olduğu da sirr deyil.

Məlumdur ki, onun birinci arvadı Batista rejiminin nazirlərindən birinin qızı olub. Mirta Dias Blartla evlilikdən Kastronun bir oğlu var. İkinci evlilikdən olan qızı Alina 1993-cü ildə saxta ispan pasportuyla ABŞ-a qaçıb və sonradan Kastronun şəxsi həyatı haqda kitab yazıb. Kastronun bacısı Xuanito da 60-cı illərdə ABŞ-a mühacirət edib. Çünki diktator öz yaxınlarına münasibətdə də amansız idi. Alianın anasının nati adlı qadın olduğu deyilir.

Natini jurnalist olan İsabel Kustudio əvəz edib. İsabel yazdığı kitabında inqilabçının ona evlilik təklif etdiyini, lakin onun razılaşmadığını qeyd edib. "Onun işi çətin idi. Daima öldürüləcəyindən ehtiyat edirdi. Bundan başqa onun dostu Çe Qevara da məndən Kastronun azadlığını almamağımı istəmişdi".

Jurnalist qızı Fidel Kastrodan 5 yaş böyük olan katibəsi Seliya Canses əvəz etdi. Liderin keçmiş tərəfdaşlarından birinin sözlərinə görə, bu qadın ona təsir edə bilən yeganə insan idi. Amma o 1979-cu ildə intihar etdi. Bundan sonra liderin daha bir nikahdan kənar övladı haqqında xəbər çıxdı - Xorxe Anxel.

Ümumiyyətlə, Kuba liderinin 20-yə yaxın nikahdan kənar övladının olduğu deyilir.

Kastro Mərkəzi Kəşfiyyat İdarəsinin sui-qəsd planlarından ehtiyat edərək şəxsi həyatı barədə bütün məlumatları məxfi saxlamaq əmri verib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

600 dəfə  sui-qəsdə məruz qaldığı üçün Ginnesin Rekorlar kitabına düşən prezident kimdir?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO