Ermənistan Azərbaycana qarşı müharibə elan olunması haqqında qərar qəbul edib.
Oxu24.com xəbər verir ki, Ermənistanda keçirilən “Şant-2018” təlimləri çərçivəsində Ermənistan parlamenti Azərbaycan Respublikasına qarşı müharibə elan olunması haqqında qərar qəbul edib.
“Ermənistan hökumətinin 2018-ci il 12 sentyabr tarixli “Müharibə elan olunması barədə təklifininə razılıq verilməsi haqqında” qərarını əsas götürərək, Ermənistan respublikası konstitusiyasının 118-ci maddəsinin 1-ci hissəsi və “Parlamentin nizamnaməsini” rəhbər tutaraq, Ermənistan respublikası konstitutsiya qanununun 105-ci maddəsinin 5-ci hissəsinə əsasən Ermənistan parlamenti qərara alır ki, Azərbaycan Respublikasına qarşı müharibə elan olunsun”, - deyə Ermənistan parlamentinin qərarında qeyd edilmişdir.
Erməni KİV-lərinin qəsdən təfərrüatları açıqlamadan yaydığı xəbər Azərbaycanda ictimaiyyət arasında çaşqınlıq yaradıb və sözügedən qərar Ermənistanın Azərbaycana rəsmən müharibə elan etməsi kimi başa düşülüb.
Əslində qeyd olunan faktlar “Şant-2018” hərbi təlimlərinin ssenarisinə daxildir. Belə ki, ssenariyə əsasən, Ermənistanda fövqəladə vəziyyət elan olunur və parlament Azərbaycana qarşı rəsmən müharibə elan edir. Bütün bunlar sadəcə poliqonda nümayiş olunması nəzərdə tutulan plandır. Yəni, Azərbaycan təlim meydanında Ermənistanın şərti düşməni seçilib. Ermənistan parlamenti isə ötən günkü icasında hərbi təlimlərin ssenarisini təsdiqləyib. Azərbaycana qarşı real müharibənin olunması kimi xəbərlərin yayılması isə düşmən tərəfin növbəti provakasiyasıdır.
Oxu24.com saytında sərfəli qiymətə reklam verə bilərsiniz.Aylıq ödəniş cəmi 150 AZN! Əlaqə: [email protected]
Oxu24.com
ŞƏRHLƏR