Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5044
az

Rəsmi dövlət qəzeti İnam Kərimovu “vurdu” - ŞOK MƏQALƏ

15:4806 Sentyabr, 2018
1532
SİYASƏT
  • A
 

Rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzeti Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini kəskin şəkildə tənqid edən məqalə çıxış edib

Oxu24.com həmin məqaləni təqdim edir:

Uduzan istehsalçı, qazanan işbazdır

Elə etmək lazımdır ki, ilk növbədə istehsalçı və alıcı razı qalsın

Keçmiş SSRİ-də ilk dəfə aqrar islahatlar Azərbaycanda həyata keçirilib. Məqsəd torpağı əsl sahibinə - kəndliyə qaytarıb ona fəaliyyət sərbəstliyi vermək idi. Dünya təcrübəsi göstərir ki, bol məhsul istehsalına nail olmağın yeganə yolu da budur. Sovetlər dönəmindəki inzibati amirlik idarəetmə sistemi isə kəndliyə sərbəstlik vermirdi. Üstəlik, istehsal etdiyi məhsulu “tədarük” adı ilə ucuz qiymətə alıb kəndlini qazanmaq imkanından məhrum edirdi.


Müstəqilliyimizi bərpa etdikdən sonra bu ədalətsizliyi aradan qaldırmaq üçün çox iş görüldü. Qanunvericilik bazası təkmilləşdirildi, kəndliyə maddi və mənəvi dəstək göstərildi, on növ verginin doqquzundan azad olundu. Qeyd edək ki, güzəştli kreditlərin 80 faizi regionlarda fəaliyyət göstərən sahibkarlara verilir. Demək, güzəştli kreditlərdən daha çox fermerlər istifadə edirlər. Dövlət onları torpaq vergisindən savayı bütün növ vergilərdən azad edib, üstəlik, istifadə etdikləri yanacaq, sürtkü yağları, mineral gübrələr üçün dotasiya ödənilir, həmçinin kənd təsərrüfatı texnikası və damazlıq heyvan və toxumları aşağı qiymətə satır. Məqsəd fermerlərə bol məhsul istehsalı üçün imkan yaratmaqla ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə nail olmaqdır. Bu gün inamla deyə bilərik ki, ərzaq təhlükəsizliyi sahəsində mühüm işlər görülüb. Bunun nəticəsində son illər bir çox məhsulların istehsalında faizlə deyil, dəfələrlə artım müşahidə edilir. Lakin xoşagəlməz hal odur ki, belə bolluqdan istifadə edən bəzi işbazların məhsulu kəndlidən ucuz qiymətə alıb bazarda baha satmaları haqlı narazılığa səbəb olur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu rektor təyin etdi- Sərəncam
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam
Ərdoğan Putinlə telefonla danışdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO