Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

SON DƏQİQƏ! Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

SİYASƏT

8903

20.02.2021, 10:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında" Sazişi və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edib.

Oxu24.com -un  xəbərinə görə, bu barədə Türkiyənin “Resmi Gazete”sində məlumat verilib.

Sazişlər imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında" Saziş 25 fevral 2020-ci il tarixdə Bakı şəhərində,“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Saziş isə 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanıb.