Almaniya kansleri Angela Merkeli Yerevanda Ermənistan prezidenti Armen Sarqsyanın BMW 750 markalı xidməti avtomobili ilə qarşılayıblar.
Buna səbəb kimi, Ermənistan dövlət avtoparkında zirehli maşınların çatışmazlığı göstərilir.
Angela Merkeli protokolun tələblərinə uyğun qarşılamaq üçün Ermənistan hökuməti bu addımı atmağa məcbur qalıb.
A.Sarqsyan özü isə həmin gün şəxsi "Cadilac Escalade” yolsuzluq avtomobilindən istifadə edib.
Yalnız Merkelin səfərindən sonra avtomobil sahibinə qaytarılıb.
Bildirilir ki, BMW 750 markalı xidməti avtomobil Armen Sarkisyana prezident seçildikdən sonra Dövlət Mühafizə Xidməti tərəfindən verilib.
Xatırladaq ki, Cənubi Qafqaza səfəri zamanı Merkel Tbilisi, Yerevan və Bakıda olub. Oxu24.com
ŞƏRHLƏR