Vilayət Eyvazov idarə rəislərinə TAPŞIRIQLAR VERDİ
12 Noyabr 2026, 23:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
862
26.03.2026, 10:14
Bu gündən Azərbaycanda mopedlərin idarə olunması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Belə ki, artıq moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur və bu nəqliyyat vasitələri dövlət qeydiyyatına alınaraq uçota götürüləcək.
Oxu24.com xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" Qanuna 2025-ci il dekabrın 9-da edilən dəyişikliklər bu gündən qüvvəyə minir.
Qanuna əsasən, moped - kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, elektrik mühərriki olan və ya iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən, maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üçtəkərli nəqliyyat vasitəsi hesab olunur. Asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də bəzi maddələr istisna olmaqla mopedlərə bərabər tutulacaq.
Dəyişikliklərə əsasən, Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, eləcə də mopedlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınmalıdır.
Yeni qaydalara görə, ölkə ərazisində yollarda mopedi idarə etmək hüququ yalnız "A1" kateqoriyalı sürücülük vəsiqəsi əsasında mümkün olacaq.
Bundan əlavə, mopedlər yol nişanları və nişanlanmanın tələblərinə riayət etməklə, mümkün qədər yolun sağ kənar zolağı ilə hərəkət etməlidirlər. Həmçinin motosiklet və ya mopedlə onun qabaritlərindən 0.5 metrdən artıq kənara çıxan və ya idarəetməyə mane olan yükün daşınması qadağan edilir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) moped sürücülərinə müraciət edərək bildirib ki, 2026-cı il martın 26-dan etibarən mopedi idarə etmək üçün "A1" kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı və qanunun tətbiqi ilə bağlı bəzi fərmanlarda dəyişiklikləri nəzərdə tutan sənəd də bu gündən qüvvəyə minib.
23:34 / 12 Noyabr 2026
19
23:24 / 12 Noyabr 2026
39
23:20 / 12 Noyabr 2026
48
23:18 / 12 Noyabr 2026
52
23:12 / 12 Noyabr 2026
54
23:03 / 12 Noyabr 2026
69
23:02 / 12 Noyabr 2026
140
22:59 / 12 Noyabr 2026
65
22:55 / 12 Noyabr 2026
78
22:49 / 12 Noyabr 2026
87
22:40 / 12 Noyabr 2026
73
22:24 / 12 Noyabr 2026
131
22:21 / 12 Noyabr 2026
84
22:13 / 12 Noyabr 2026
97
21:55 / 12 Noyabr 2026
93
21:39 / 12 Noyabr 2026
100
21:26 / 12 Noyabr 2026
1097
21:19 / 12 Noyabr 2026
111
21:04 / 12 Noyabr 2026
108
20:55 / 12 Noyabr 2026
316
20:42 / 12 Noyabr 2026
137
20:26 / 12 Noyabr 2026
146
20:14 / 12 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.