Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ ən ağır zərbəni ərəblərə saxladı - 4 trilyon dollar

ABŞ ən ağır zərbəni ərəblərə saxladı - 4 trilyon dollar

SİYASƏT

1444

24.08.2018, 15:00

\"\" ABŞ-ın iqtisadi həmlələrinin növbəti hədəfi ərəb ölkələri ola bilər.
Oxu24.com  axar.az-a istinadla bildirir ki, başda BƏƏ və Səudiyyə Ərəbistanı olmaqla, ərəb ölkələrinin ABŞ və Böyük Britaniya banklarında 4 trilyon dollara yaxın vəsaiti saxlanılır. Bir çox ölkələrə əlavə vergi tətbiq etməklə təzyiq göstərən ABŞ ərəb ölkələrinə qarşı banklarda saxlanılan vəsaitdən istifadə edə bilər. Bildirilir ki, 11 sentyabr və 2008-ci il böhranında olduğu kimi, ABŞ yenidən ərəb ölkələrinin hesablarına girişini ləğv edə bilər. Bu zaman isə nə Səudiyyə Ərəbistanının, nə də BƏƏ-nin edə biləcəyi nəsə yoxdur. Burada söhbət təkcə neft sahəsindən əldə olunan pullardan deyil, eyni zamanda, birjalardakı qiymətli kağızlardan, şirkət səhmlərindən də gedir.