Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46854
az

Makronu Ərdoğana məktub yazmağa vadar edən səbəblər – Politoloqdan açıqlama

12:5919 Yanvar, 2021
1303
SİYASƏT
  • A

"Bu Fransa prezidentinin xarici siyasətdəki uğursuzluğu ilə bağlıdır. Türkiyənin qarşısında Makronun atdığı bütün addımlar uğursuzluğa düçar olub”.

Bu sözləri Oxu24.com-a açıqlamasında Fransa prezidenti Emmanuel Makronun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı və özündə iki ölkə arasında korlanmış münasibətləri normallaşdırmaq istəyini əks etdirən məktubun məzmununu dəyərləndirərkən politoloq Natiq Miri deyib:

"Suriyanın şimalında ABŞ-la yanaşı Fransa qoşunları da mövcud idi. Lakin Türkiyənin keçirdiyi hərbi əməliyyatlardan sonra bu qoşunların bir qismi oradan çıxarıldı. Paris həmçinin Aralıq dənizinin şərq hissəsi və Liviyada aktivləşmək istədi və üsyançı general Hafterin dəstələrini dəstəklədi. Türkiyə isə Liviyada Sərrac hökumətinə dəstək verdi və bunun nəticəsində Hafterə ciddi zərbələr endirə bildilər.

Paris habelə Yunanıstanı Türkiyənin üstünə qaldırmaqla Aralıq dənizində də hegomonluğunu təmin etməyə çalışırdı. Lakin Ankara qətiyyətli addımları ilə burada da öz istəyinə nail oldu. Livandakı partlayışdan sonra Makron hücuma keçərək ora səfər etdi və bu ölkədə yeni hökumətin qurulması istiqamətində onlara dəstək olacağını vəd etdi. Amma Türkiyənin XİN rəhbəri Cavuşoğlunun Livana səfərilə bu ölkədə də Fransanın önü kəsildi. Livanda küçələrə çıxan insanlar Fransanın patronajlığını qəbul etməyəcəyini bildirdi.

Nəhayət, Makron Qarabağ hadisəsindən istifadə edərək, Türkiyənin regiona buraxılmasının qarşısını almaq istədi, buna da nail olmadı. Əksinə, Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransa özü oyundankənar vəziyyətə düşdü.

Makron AB çərçivəsində Türkiyəyə qarşı sanksiyaların tətbiqinə çalışsa da, burada da uğursuzluqla üzləşdi. Almaniya və artıq AB-də olmayan Böyük Britaniya ona qarşı çıxdı. Bu məsələdə Parisi ABŞ da müdafiə etmədi. Yəni, Fransa Avropa, regional və qlobal səviyyədə Türkiyə qarşısında təklənmiş duruma düşüb”.

Politoloqun fikrincə, Makron son olaraq anladı ki, yürütdüyü xarici siyasətdə ard-arda uğradığı bu uğursuzluqların əsas səbəbi Türkiyə ilə lazımsız qarşıdurmadır:

"Ona görə də Paris Ankara ilə münasibətləri tənzimləməyə qərar verdi. Daxili və xarici siyasətdə uğursuzluğa düçar olan Makron getdikcə güclənən Türkiyənin əlini sıxmağa məcbur oldu. Çünki başqa perspektiv Fransa və Makron üçün arzuolunan situasiya yaratmırdı. Həmin səbəbdən düşünürəm ki, Makronun Ərdoğana ünvanladığı məktub məcburiyyətdən doğan davranışdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


""Ənənəvi oktyabr sürprizi", genişmiqyaslı müharibə təhlükəsi..." -Polkovnik KARTLARI AÇDI
Zelenskinin Pensilvaniya səfəri VƏZİYYƏTİ DƏYİŞDİ -Tramp inciyə bilər
Fransanın Ermənistanla çiyin-çiyinə dayandığını deyən Makrona CAVAB

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO