Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2085
11.01.2021, 23:02
Moskvada 4 saat davam edən görüş başa çatdı. Liderlərin mətbuat qarşısında çıxışı zamanı Paşinyanın açıqlamaları və Əliyevin sərgilədiyi davranış qapalı görüşdə nələrin olduğunu ehtimal etməyə imkan verir.
Nikol Paşinyan: Münaqişə hələ həll olunmayıb; Qarabağın statusu məsələsi qalır; Minsk qrupu çərçivəsində gələcək nizamlanmanı müzakirə etməyə hazırıq; Hərbi əsirlər məsələsi həll edilmədi;
- Münaqişə, status və Minsk qrupu açıqlaması daxili auditoriyaya hesablanıb, çünki o evinə qayıtmalıdır və hansısa nəticə ilə dönmək istəyir;
- Digər həmsədr ölkələrin, xüsusilə Fransanın oyuna yenidən daxil olmaq istəyinin dilə gətirilməsidir;
Ən diqqətçəkən məqam Əliyevin ondan sonra danışan Paşinyanın bu sözlərinə cavab vermək ehtiyacı duymaması idi və bu o deməkdir ki:
1. Ermənistan qapalı görüşdə istədiyi heç nəyə nail ola bilməyib;
2. Əsirlərin qayıtması məsələsinin həll edilməməməsi də görüşün İrəvan üçün ürəkaçan olmadığını göstərir.
Söhbət 10 noyabr razılaşmasından sonra Xocavənddə keçirilən anti-terror əməliyyatı zamanı əsir götürülən silahlı ermənilərdən gedir (rəsmi məlumata görə 62 əsir): Azərbaycan rəsmi şəkildə bu əsirlərin terrorçu olduğunu açıqladı və onlarla bağlı məsələnin həll edilməməsi də görüşdə Bakının istəyini qəbul etdirdiyi fikrini gücləndirir:
- Qarabağ (Xankəndi də daxil olmaqla) Azərbaycan ərazisidir;
- Qarabağda baş verənlər Azərbaycanın daxili məsələsidir, oradakı qanunsuz silahlılar terrorçudur (bundan sonra) və Azərbaycan qanunvericiliyi ilə məsuliyyətə cəlb olunacaq;
- Qarabağdakı silahlı ermənilər çıxarılmasa anti-terror əməliyyatı təkrarlanacaq;
Bunun əksi olsaydı, Bakı 62 erməni əsirlər bağlı rəsmi mövqeyinə rəğmən, onların qaytarılmasında razılaşardı. Kiçik detaldır, lakin qapalı görüşün nəticəsini təxmin etməyə imkan verir.
İlham Əliyev dedi: Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə düşünməliyik; Qarabağla bağlı razılaşmalar səmərəli şəkildə həyata keçirilir, narahatlıq üçün ciddi səbəblər yoxdur;
Bu, Əliyevin qapalı görüşdə istədiyinə nail olduğu deməkdir: Qarabağdakı erməni silahlıların çıxarılması; Qarabağda hər şeyin rəsmi Bakının icazəsi ilə həll edilməsi;
Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının Qarabağdakı şərtləri qəbul edilməsəydi, ortaq bəyanatın mətni üçtərəfli əməkdaşlıq olmayacaqdı.
Əliyev Moskvada Putinlə razılaşdı, Paşinyana diktə etdi və mesaj verdi: Münaqişə bitib və Azərbaycan Ermənistanı Qarabağ məsələsində hər hansı maraqlı tərəf hesab etmir:
a) Qarabağdakı erməni silahlıların çıxarılması prosesi başlanır;
b) Xankəndidə separatçı-terrorçu rejimin mövcudluğuna son qoyulur;
Proseslərin bu istiqamətdə inkişafı gözlənilir. Bundan sonra regional əməkdaşlıq prioritet olacaq.azsabah.com
16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.