Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
5351
09.01.2021, 17:22
Maliyyə Nazirliyinə bu il yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün ayrılan vəsaitin bölgüsü ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.
Oxu24.com -un xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyi COVID-19 pandemiyasına qarşı mübarizə üçün nəzərdə tutulan vəsaitin bölgüsü və həmin bölgüdə ediləcək dəyişikliklər barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanına əsasən, 2021-ci ildə Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün 261 milyon manat ayrılması nəzərdə tutulub.
***
Maliyyə Nazirliyinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələrinin saxlanılması xərcləri üçün nəzərdə tutulmuş vəsaitin ayrılan vəsaitin bölgüsü ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.
Oxu24.com -un xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələrinin saxlanılması xərcləri üçün nəzərdə tutulan vəsaitin bölgüsü barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanına əsasən, 2021-ci ildə Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələrinin saxlanılması xərcləri üçün 1 044 728 700,0 manat vəsait ayrılması nəzərdə tutulub.
***
2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq.
Oxu24.com -un xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi 2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb beş ay müddətində Nazirlər Kabinetinə təqdim edəcəklər.
16:20 / 14 Noyabr 2026
72
16:05 / 14 Noyabr 2026
113
15:45 / 14 Noyabr 2026
98
15:27 / 14 Noyabr 2026
245
15:25 / 14 Noyabr 2026
109
15:07 / 14 Noyabr 2026
213
15:05 / 14 Noyabr 2026
120
14:44 / 14 Noyabr 2026
152
14:31 / 14 Noyabr 2026
111
14:24 / 14 Noyabr 2026
600
14:19 / 14 Noyabr 2026
114
14:15 / 14 Noyabr 2026
105
14:09 / 14 Noyabr 2026
255
13:50 / 14 Noyabr 2026
2693
13:48 / 14 Noyabr 2026
140
13:16 / 14 Noyabr 2026
134
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
148
12:25 / 14 Noyabr 2026
136
12:09 / 14 Noyabr 2026
142
11:58 / 14 Noyabr 2026
141
11:50 / 14 Noyabr 2026
139
11:39 / 14 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.