Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
13096
07.01.2021, 14:22
“Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır”.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
“Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir, ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək.
Beləliklə, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Göstəriş verilib, yaxın gələcəkdə artıq inşaat başlanacaq və bu il Füzuli şəhərində, - şəhərdən indi əsər-əlamət qalmayıb, - yaxud da ki, o ərazidə beynəlxalq aeroport fəaliyyətə başlayacaq. Bu, həm Qarabağ bölgəsinin inkişafı üçün lazımdır, çünki bütün növ təyyarələr enə biləcək - həm Füzulidə, həm Kəlbəcər-Laçın zonasında.
Eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər. Aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmalar aparılmalıdır. Beynəlxalq aeroport beynəlxalq uçuşlar təşkil etməlidir. İlk növbədə, bizim aviaşirkətimiz “AZAL” bu məsələ ilə bağlı ciddi işləsin ki, aeroport açılandan sonra dərhal bizim qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatı təmin edilsin”, - Prezidenti İlham Əliyev bildirib.
18:06 / 14 Noyabr 2026
273
18:03 / 14 Noyabr 2026
16
17:18 / 14 Noyabr 2026
119
17:15 / 14 Noyabr 2026
89
16:20 / 14 Noyabr 2026
105
16:05 / 14 Noyabr 2026
141
15:45 / 14 Noyabr 2026
112
15:27 / 14 Noyabr 2026
276
15:25 / 14 Noyabr 2026
121
15:07 / 14 Noyabr 2026
254
15:05 / 14 Noyabr 2026
133
14:44 / 14 Noyabr 2026
171
14:31 / 14 Noyabr 2026
122
14:24 / 14 Noyabr 2026
686
14:19 / 14 Noyabr 2026
121
14:15 / 14 Noyabr 2026
113
13:50 / 14 Noyabr 2026
3005
13:48 / 14 Noyabr 2026
147
13:16 / 14 Noyabr 2026
145
13:03 / 14 Noyabr 2026
120
12:49 / 14 Noyabr 2026
161
12:25 / 14 Noyabr 2026
151
12:09 / 14 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.