Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45857
az

Baş nazirdən yanacaqla bağlı YENİ QƏRAR

07:5905 Yanvar, 2021
3483
  • A
Nazirlər Kabineti 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib. Oxu24.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar ölkədə avtomobil benzinlərinə artan tələbatın ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təmin edilməsi məqsədi ilə verilib. Qərara əsasən, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısının 2-ci hissəsi yeni redaksiyada verilib. Belə ki, indiyədək həmin hissədə mallara (işlər, xidmətlər) xam neft və neftdən emal olunan əsas məhsullar (idxal olunan ekoloji norması avro-5 tələblərinə uyğun, oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri istisna olmaqla) aid olub. Dəyişikliyə əsasən, həmin hissəyə xam neft, Aİ-92 markalı avtomobil benzini, dizel yanacağı və bitum daxil edilib. Bu Qərar 2021-ci il 5 yanvar tarixindən qüvvəyə minir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan     ABŞ-yə     gedəcək
Fatih Birol “Dostluq” ordeni ilə      təltif      edildi
"Azərbaycanla ilk dövlətlərarası sənədimiz var"- Paşinyan

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi