Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ vitse-prezidentindən Türkiyəyə çağırış-təhdid

2018-08/1534400554_usa-turkey-flag-600-0-0-0.jpg

SİYASƏT

1063

16.08.2018, 10:22

\"\" ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyə ilə bağlı sərt bəyanat verib.
Xarici KİV bildirir ki, Maykl Pens Tvitter bloqunda paylaşdığı bəyanatında Türkiyəni təhdid edib. O, rahib Bransonun dərhal azadlığa buraxılmasını tələb edib: “Rahib Branson günahsız bir adamdır, ədalət onun azadlığa buraxlmasını tələb edir. Türkiyə bu məsələdə prezident Trampın nə qədər səbirli və qərarlı olduğunu sınamamalıdır”. O həmçinin vurğulayıb ki, Branson ABŞ-a evə qayıdana qədər Trampla birlikdə bu məsələdə qətiyyət göstərmək niyyətindədir. Pens onu da bildirib ki, Tramp xaricdə haqsız həbs edilən bütün amerikalıların ABŞ-a dönmələri məsələsində güzəşt etmək niyyətində deyil./virtualaz.org