Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi
15 Noyabr 2026, 14:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
919
22.11.2020, 16:15
Türkiyə zatən Azərbaycandadır və hər zaman da olacaq. Müşahidə qüvvələrinin bir hissəsi kimi də Türkiyə Azərbaycanda olacaq.
Oxu24.com APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin Sözçüsü İbrahim Qalın NTV telekanalına müsahibəsində bildirib.
İ.Qalın Qarabağ məsələsilə bağlı Türkiyəyə qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, Türkiyənin Qarabağda olmasının Avropa üçün də faydalı olacağını vurğulayıb: "Ruslar önə çıxdı və atəşkəs üçün bir razılaşma əldə olundu. Rusiya hərbçiləri orada 5+5 il qalacaqlar. Mən də bunu deyirəm: Madam rus hərbçilərinin orada varlığından narahatsınız, nədən bu günə qədər müttəfiq olaraq gördüyünüz Ermənistana oradakı rus hərbi bazalarını çıxarılmasını söyləmədiniz? Buna gücünüz çatırsa, buyurun edin, Ermənistan oradakı rus hərbiçilərini çıxarsın. Ruslar Qafqaza və ya Ermənistana yeni gəlmədi, illərlədir ki, oradadırlar. ABŞ atəşkəs üçün bir fəaliyyətə başladı, bizdən də dəstək istədilər, biz də dəstək olduq. Atəşkəs 2 gün çəkdi. Bundan başqa, məsələn, Fransadan hansısa bir təklif gəldimi? Avropa, NATO və ya Avropa İttifaqından hansı dəyərli bir təklif verildi ki, biz onu rədd etdik? Amma Rusiya ilə 30 illik münaqişəni müzakirə edib, savaşı sonlandıracaq razılaşma əldə etdik. İndi türk əsgərləri də müşahidəçi qüvvə qismində orada olacaq. Bu Qərb və Avropa üçün də strateji mənfəət olaraq qəbul edilməlidir. Qarabağda, Liviyada, Suriyada Türkiyənin olması Avropa İttifaqı üçün də faydalıdır".
İ. Qalın deyib ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətilə bağlı Rusiya tərəf Türkiyə ilə Ankarada fikir mübadiləsi aparıb, hazırda isə Kremldə bununla əlaqədar müzakirələr davam edir: "Hərbiçilərimiz, müdafiə, xarici işlər nazirlərimiz və milli təhlükəsizlik qüvvələrimiz bu məsələlərə birgə nəzarət edir. Önümüzdəki günlərdə əməliyyat prosedurları, kimin hansı işi görəcəyi və bunların harada və necə olacağı ilə bağlı danışıqların nəticələrini gözləyirik. Türk əsgərləri onsuz da orada olacaq. Azərbaycanla qardaş münasibətlərimizə görə hərbi hazırlığımız və əməkdaşlıq müqavilələrimiz çox qədimdir. Müşahidə qüvvələri olaraq orada olmağa davam edəcəyik. Bununla əlaqədar qanun layihəsi də qəbul edildi".
18:05 / 15 Noyabr 2026
52
17:53 / 15 Noyabr 2026
112
17:43 / 15 Noyabr 2026
254
17:16 / 15 Noyabr 2026
296
17:12 / 15 Noyabr 2026
1365
17:09 / 15 Noyabr 2026
71
15:50 / 15 Noyabr 2026
97
15:25 / 15 Noyabr 2026
120
15:15 / 15 Noyabr 2026
121
14:47 / 15 Noyabr 2026
167
14:34 / 15 Noyabr 2026
341
14:25 / 15 Noyabr 2026
141
14:19 / 15 Noyabr 2026
116
14:02 / 15 Noyabr 2026
477
13:27 / 15 Noyabr 2026
348
12:55 / 15 Noyabr 2026
1663
12:36 / 15 Noyabr 2026
382
12:28 / 15 Noyabr 2026
170
12:11 / 15 Noyabr 2026
149
11:52 / 15 Noyabr 2026
225
11:43 / 15 Noyabr 2026
149
11:29 / 15 Noyabr 2026
171
11:20 / 15 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.