Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42142
az

Ermənistanda vətəndaş müharibəsi: XALQ PAŞİNYANI ASACAQ?

11:5520 Noyabr, 2020
560
SİYASƏT
  • A

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyana qarşı aksiyalar davam edir. Həmçinin, N.Paşinyanın tərəfdarları da küçələrə çıxıb. Bir çox siyasi ekspertlər hesab edir ki, Ermənistan cəmiyyəti getdikcə daha çox bölünür, ölkə vətəndaş müharibəsinin astanasındadır. 

Politoloq İlyas Hüseynov  açıqlamasında bildirib ki, Ermənistanda demək olar ki, hər gün mitinqlər, kütləvi etirazlar keçirilir:

"N.Paşinyan öz "Facebook" hesabında vaxt istəməsi ilə bağlı çağırış edib, ona vaxt veriləcəyi təqdirdə hansı tələbləri və şərtləri yerinə yetirəcəyi ilə bağlı fikirlərini paylaşıb. Əminliklə demək olar ki, Ermənistanda müharibə nəticəsində iqtisadi, siyasi, hərbi resurlar tükənmək dərəcəsindədir. N.Paşinyanın etirazçılara vəd etdiyi vaxt çərçivəsində bütün bu tələbləri yerinə yetirmək mümkün deyil. O, hazırda tərəfdarlarını getdikcə itirmək üzrədir.

N.Paşinyan müxtəlif bəhanələrlə müharibənin nəticələrini öz üzərindən atmaq istəyir. Lakin, hazırda vaxt onun əleyhinə işləyir. Siyasi etirazlar, N.Paşinyanın hakimiyyətdən getməsini tələb edən qüvvələrin sayı daha da arta bilər. Çünki o, xalqını aldatdı, həqiqəti gizlətdi. Xalq ilk olaraq bunun hesabatını tələb edir. N.Paşinyan isə sadəcə fiziki olaraq özünü qorumaq, siyasi kariyerasını bir qədər də uzatmaq üçün müxtəlif manevrlər edir və gələcəkdə də edəcək. Lakin, artıq iki illik hakimiyyəti dövründə siyasi cəhətdən özünü tamamilə xərclədi və artıq xalqa vədd edəcəyi yeni nəsə qalmayıb".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Gürcüstanı HƏDƏLƏDİ
Fransanın ədalətsiz hərəkətləri ilə bağlı BƏYANAT
Putin Özbəkistanda: Mirziyoyev onu belə qarşıladı

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Xırdalanda soyğunçuluq edən şəxs tutuldu