Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110309
az

Borrel: "Aİ silah alınması üçün yeni büdcə formalaşdırıb"

14:5429 May, 2024
55
DÜNYA
  • A

Avropa İttifaqı büdcəsi silah almağa imkan vermir.

Bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Brüsseldə baş tutan Şuman Təhlükəsizlik və Müdafiə Forumunda çıxışı zamanı danışıb.

O bildirib ki, buna görə də üzv dövlətlərin bu çətin silah təminatı məsələsində tərəfdaşları dəstəkləməyə qərar vermələri üçün büdcə formalaşdırıblar:

"Tərəfdaşlarımızla necə daha yaxşı işləyə bilərik? Birincisi, quruda və dənizdəki missiyalarımız vasitəsilə. İkincisi, parlamentarilərin səs verdiyi Avropa İttifaqı büdcəsinə aid olmayan Avropa Sülh mexanizmi vasitəsilə potensialın yaradılmasını dəstəkləməklə. Avropa Sülh mexanizmi üzv dövlətlər tərəfindən dəstəklənən bir alətdir, çünki Avropa İttifaqının büdcəsindən silah almaq olmur və buna görə də biz üzv dövlətlərin silah təminatı məsələsində tərəfdaşlarımızı dəstəkləməyə qərar vermələri üçün əlavə büdcə formalaşdırdıq. Tərəfdaşlarımızla daha yaxşı işləmək üçün üçüncü vacib məqam isə təhlükəsizlik dialoqumuzu genişləndirmək və dərinləşdirməkdir".

C.Borrel qeyd edib ki, onlar dünya ətrafında təhlükəsizliyi qorumaq və sülhü təşviq etmək üçün əlaqə yaratmaqda maraqlıdır:

"Bu gün iqlim dəyişikliyi də dünyanın təhlükəsizlik problemlərindən biridir. Biz təhlükəsizliyi təmin etmək üçün həm də bu məsələni diqqətdə saxlamalıyıq. Bizim böyük məsuliyyətimiz var. Körpülər quraraq, başqalarının prioritetlərini başa düşərək münasibətləri daha yaxşı formada tənzimləmək olar. Partnyor olmaq üçün, balanslı partnyorluq yürütmək üçün digərlərinin prioritetlərini başa düşmək çox vacibdir, ümid edirəm, bu forumun sonunda biz buna nail olacağıq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

HƏMAS Ermənistana təşəkkür etdi

Türkiyədə güclü meşə yanğını: tüstüdən zəhərlənənlər var
Rusiya Yaponiyanın sanksiyalarına cavab verib

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Kişi küçədə rus qadına təcavüz edib
Moskvada nə baş verib? (VİDEO)
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT
Mənzildən 23 yaşlı gəncin meyiti tapıldı