Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə XİN: Azərbaycan son dəfə Ermənistana işğal etdiyi ərazilərdən çəkilmək üçün şans verib

Türkiyə XİN: Azərbaycan son dəfə Ermənistana işğal etdiyi ərazilərdən çəkilmək üçün şans verib

SİYASƏT

799

10.10.2020, 13:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
"Sentyabrın 27-də başlayan silahlı qarşıdurmada Azərbaycan 30 ilə yaxındır işğal altında olan ərazilərini öz imkanları və özünəinamı ilə qaytara biləcəyini Ermənistan və bütün dünyaya göstərib".
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. “Bu müddətdə bütün dünyadan insani səbəblərdən dolayı atəşkəs tələbləri gəlib. Azərbaycan da son dəfə Ermənistana işğal etdiyi ərazilərdən çəkilmək üçün şans verib. İnsani reallıqlarla əsirlərin və meyitlərin dəyişdirilməsi məqsədilə elan edildiyi bildirilən atəşkəs önəmli bir ilk addım olmaqla yanaşı, daimi həllin yerinə keçməyəcək. Türkiyə lap əvvəldən ancaq Azərbaycanın “hə” deyəcəyi çözümləri dəstəkləyəcəyini vurğulayıb. Bu mənada, meydanda və masada Can Azərbaycanın yanında olmağa davam edəcəyik”, - açıqlamada vurğulanıb.