Sahil Babayev AÇIQLADI:Gələn ildən belə OLACAQ
16 Noyabr 2026, 12:27
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
670
03.10.2020, 09:47
Oktyabrın 2-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Prezidentin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Fransa Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.
Dövlətimizin başçısı onu da qeyd edib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.
12:36 / 16 Noyabr 2026
1
12:32 / 16 Noyabr 2026
27
12:27 / 16 Noyabr 2026
45
12:18 / 16 Noyabr 2026
203
12:16 / 16 Noyabr 2026
69
12:12 / 16 Noyabr 2026
79
12:08 / 16 Noyabr 2026
90
12:04 / 16 Noyabr 2026
358
12:03 / 16 Noyabr 2026
67
11:58 / 16 Noyabr 2026
72
11:51 / 16 Noyabr 2026
117
11:44 / 16 Noyabr 2026
95
11:40 / 16 Noyabr 2026
80
11:33 / 16 Noyabr 2026
76
11:26 / 16 Noyabr 2026
105
11:20 / 16 Noyabr 2026
84
11:11 / 16 Noyabr 2026
87
11:06 / 16 Noyabr 2026
91
11:01 / 16 Noyabr 2026
91
10:57 / 16 Noyabr 2026
117
10:46 / 16 Noyabr 2026
92
10:41 / 16 Noyabr 2026
154
10:40 / 16 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.