Qaynar xətt:

(+99450) 247 90 86

"ASAN xidmət"in səlahiyyətləri artırılıb

\\\"ASAN xidmət\\\"in səlahiyyətləri artırılıb

SİYASƏT

593

18.08.2020, 14:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Oxu24.com  xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni vəzifə həvalə edilir.

Belə ki, əsasnaməyə yeni əlavə edilən 3.1.11-1-ci yarımbənddə "ASAN xidmət"ə dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatları və sistemlərinin “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək vəzifəsi tapşırılıb.