Qaynar xətt:

(+99450) 247 90 86

Netanyahu elan etdi: İsraildən BƏƏ-yə birbaşa...

Netanyahu elan etdi: İsraildən BƏƏ-yə birbaşa...

SİYASƏT

682

17.08.2020, 22:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail Səudiyyə Ərəbistanı üzərindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) birbaşa uçuşların təşkilinə hazırlaşır.

Oxu24.com "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin Baş Naziri Benyamin Netanyahu deyib.

Tıl-Əvivin Ben Qurion hava limanında koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırılan hava nəqliyyatı fəaliyyətinin genişləndirilməsi planları barədə məlumat verən B. Netanyahu BƏƏ ilə hava əlaqəsinin açılmasının dəqiq tarixi barədə məlumat verməyib.

Qarşıdakı həftələrdə İsrail nümayəndə heyətinin BƏƏ-yə səfəri gözlənilir.

Qeyd edək ki, İsrail və BƏƏ diplomatik münasibətlərin bərpası və sülh imzalanması barədə razılığa gəliblər. Son 70 ildə BƏƏ üçüncü ərəb ölkəsidir ki, İsraillə diplomatik münasibətləri bərpa edir.