Prezident onu təltif etdi -SƏRƏNCAM
19 May 2026, 15:57
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
399
17.08.2020, 18:58
"Kreml Ankaradan Liviyada barışıq istəyir”.
Oxu24.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bu gün rusiyalı həmkarı Vladimir Putinlə telefon görüşündən danışarkən deyib. Politoloq qeyd edib ki, prezidentlərin budəfəki əsas mövzusu Liviya böhranı olub:
"Sonuncu dəfə prezidentlər iyulun 27-də telefonla danışmışdılar. Həmin söhbətdə əsas mövzu Azərbaycan-Ermənistan sərhədindəki döyüşlər olmuşdu. Bu dəfə bizdən danışmadılar, çünki bölgəmizdə yenə nisbi sakitlikdir. Bu dəfə əsas mövzu Liviya böhranı olub. Kreml Ankaradan Liviyada barışıq istəyir. Əslində Türkiyə Liviyada istədiyinin böyük hissəsini əldə edib. Liviyanın mərkəzi hakimiyyətini qiyamçı general Haftarın hücumlarından qorudu, geriyə atdı və paytaxt Tripolinin təhlükəsizliyini təmin etdi. Əlbəttə Türkiyə Liviyanın tamamını qiyamçılardan azad etmək istəyərdi. Ancaq indiki şərtlər altında bunun reallaşması çətindir, Misir öz sərhədinə yaxın Liviyanın Sirt şəhərinin mərkəzi hakimiyyətin nəzarəti altına keçməsini mane olmağa hazırdır”.
Elxan Şahinoğlu bildirib ki, münasibətlərin gərgin olmasına baxmayaraq, Türkiyə-Misir qarşıdurmasını hər iki tərəf də istəmir:
"Ona görə də Liviyada atəşkəs Ankaranın və Moskvanın maraqlarına cavab verir. Ankara üçün o da vacibdir ki, Kreml Aralıq dənizi hövzəsində yaranan gərginlik fonunda anti-Türkiyə - Fransa ilə Yunanıstan blokunda yer almayıb”.
16:18 / 19 May 2026
1
16:11 / 19 May 2026
37
16:07 / 19 May 2026
20
15:57 / 19 May 2026
207
15:52 / 19 May 2026
52
15:51 / 19 May 2026
30
15:44 / 19 May 2026
31
15:39 / 19 May 2026
128
15:36 / 19 May 2026
38
15:31 / 19 May 2026
38
15:26 / 19 May 2026
145
15:23 / 19 May 2026
46
15:20 / 19 May 2026
176
15:14 / 19 May 2026
41
15:03 / 19 May 2026
52
15:00 / 19 May 2026
96
14:56 / 19 May 2026
45
14:49 / 19 May 2026
46
14:41 / 19 May 2026
56
14:39 / 19 May 2026
42
14:32 / 19 May 2026
70
14:26 / 19 May 2026
115
14:24 / 19 May 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.