Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37453
az

İlham Əliyev Putinə zəng etdi

09:1613 Avqust, 2020
338
SİYASƏT
  • A
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Danışıq əsnasında Əliyev Putini koronavirusa qarşı Rusiya peyvəndinin qeydiyyata alınması münasibətilə təbrik edib. Oxu24.com bildirir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub. “İkitərəfli gündəliyin aktual mövzuları müzakirə edilib. Rusiya-Azərbaycan tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib. İ.H.Əliyev V.V.Putini koronavirus infeksiyasından Rusiya vaksininin qeydiyyata alınması münasibətilə təbrik edib”, – məlumatda bildirilib. Liderlər, həmçinin iyulda Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional problematikaya dair fikir mübadiləsi aparıblar. Putin gərginliyin artmasına səbəb olan istənilən hərəkətə yol verilməməsinin vacibliyini vurğulayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
SON DƏQİQƏ! Prezident pensiyalarla bağlı sərəncam imzaladı
Paşinyan bunu Ərdoğanı razı salmaq üçün etdi?

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü