Qaynar xətt:

(+99450) 247 90 86

Baş Nazir: “Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət sahibkarların üzərinə düşəcək”

Baş Nazir: “Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət sahibkarların üzərinə düşəcək”

SİYASƏT

458

08.08.2020, 19:27

“Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları-Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır.

Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək”.

Oxu24.com -un  məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə əlaqədar keçirilən respublika videomüşavirəsində Baş Nazir Əli Əsədov deyib.

O qeyd edib ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir:

“Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır.

Hökumət vəziyyətə dair mütəmadi olaraq Prezidentə məruzə edəcək”.