Fərid Əkbərli: "BMT Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir"
17 May 2026, 19:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1390
06.08.2020, 20:37
Prezident İlham Əliyev bugünkü müşavirədə Dövlət Neft Şirkəti, “Azərenerji” və AZAl-ın fəaliyyətindən danışıb.
Oxu24.com xəbər verir ki, dövlət başçısı qeyd edib ki, bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir:
“Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik – yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır.
“Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir.
Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir”.
15:18 / 18 May 2026
7
15:09 / 18 May 2026
14
14:59 / 18 May 2026
37
14:50 / 18 May 2026
50
14:42 / 18 May 2026
62
14:37 / 18 May 2026
57
14:31 / 18 May 2026
61
14:21 / 18 May 2026
59
14:09 / 18 May 2026
80
13:59 / 18 May 2026
73
13:49 / 18 May 2026
70
13:40 / 18 May 2026
66
12:59 / 18 May 2026
98
12:59 / 18 May 2026
90
12:46 / 18 May 2026
101
12:39 / 18 May 2026
77
12:34 / 18 May 2026
163
12:26 / 18 May 2026
78
12:21 / 18 May 2026
88
12:04 / 18 May 2026
98
11:55 / 18 May 2026
84
11:51 / 18 May 2026
91
11:48 / 18 May 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.