Fərid Əkbərli: "BMT Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir"
17 May 2026, 19:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1727
06.08.2020, 15:35
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Oxu24.com -un məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində sosial infrastrukturun yaxşılaşdırılması məqsədilə zəruri hesab olunan işlərə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
14:09 / 18 May 2026
22
13:59 / 18 May 2026
35
13:49 / 18 May 2026
44
13:40 / 18 May 2026
45
12:59 / 18 May 2026
76
12:59 / 18 May 2026
72
12:46 / 18 May 2026
76
12:39 / 18 May 2026
61
12:34 / 18 May 2026
115
12:26 / 18 May 2026
71
12:21 / 18 May 2026
76
12:04 / 18 May 2026
87
11:55 / 18 May 2026
78
11:51 / 18 May 2026
79
11:48 / 18 May 2026
75
11:48 / 18 May 2026
87
11:45 / 18 May 2026
84
11:37 / 18 May 2026
74
11:32 / 18 May 2026
89
11:24 / 18 May 2026
60
11:22 / 18 May 2026
82
11:20 / 18 May 2026
72
11:07 / 18 May 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.