Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub
17 Noyabr 2026, 00:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
526
04.08.2020, 20:07
"Ermənilər ümid edirdilər ki, bütün dünya Ermənistanı deyil, Azərbaycanı region üçün təhlükə hesab edəcəklər. Lakin bu riskli strategiyaları işə yaramadı və gözlədikləri dəstəyi görə bilmədilər".
Publika.az xəbər verir ki, bu fikirləri ABŞ-lı politoloq Endryu Korybko iyulun 12-də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatla bağlı yazdığı məqaləsində qeyd edib.
O bildirib ki, qlobal güclər artıq Ermənistanın lobbi şəbəkəsinin manipulyativ təsirindən xəbərdardırlar: "Bir müddət təsirli olan Ermənistanın beynəlxalq lobbi şəbəkəsi artıq düzgün fəaliyyət göstərmir. Buna görə də heç kim Ermənistanın Tovuzla bağlı iddialarına inanmadı. Bölgədəki gərginliyə görə Ermənistan məsuliyyət daşıyır”.
E.Korybko bildirib ki, Ermənistanın beynəlxalq lobbi şəbəkəsinin xüsusilə son illərdə fəaliyyət istiqaməti ürəkaçan deyil: "Onlar Azərbaycana qarşı haqsız və əsassız ittihamların Qərb dünyası və Rusiya tərəfindən qəbul ediləcəyini gözləyirdilər. Ancaq bu olmadı".
Azərbaycanın bölgədəki vacib investisiyalarını risk altına atmayacağını qeyd edən Endryu Korybko, qlobal güclərin də Azərbaycanın bölgədəki neft-qaz boru kəmərlərini, dəmir yollarını və Mingeçevir su anbarını təhlükədə qoyacaq heç bir addım atmayacağını bildirib: “Ermənistanın son dövrdə bir sıra səhvlərə yol verir. Ermənistanın ilk səhvinin beynəlxalq lobbi şəbəkəsinin gücünü gözündə böyütməsidir. Soyuq müharibədən sonra beynəlxalq ittifaqlarda “sivilizasiyaların toqquşması” tezisinə güvənən Ermənistan Qərbdən böyük dəstək gözləyirdi. Ermənilər Türkiyənin Ayasofyaya məscid statusu verməsi ilə Qərblə yaşadğı problemlərdən yararlanmağa çalışaraq dərhal bu plana əl atdılar. Bəlkə də onlar beynəlxalq ictimaiyyətin "regional sülhə təhdid edən ölkə kimi Azərbaycan deyil, Ermənistan ola bilərmi?", sualına cavab axtarmağa çalışırdılar".
ABŞ-lı politoloq qeyd edib ki, artıq bir çox ölkələr Ermənistanın regional sülhə təhdid olduğunu düşünürlər: “Qlobal güclərin Ermənistanla Azərbaycan arasındakı qarşıdurmalara baxışı dəyişməyə başlayacaq. Ən son gərginliklər və qarşıdurmalar Ermənistan üçün bir fəlakətə səbəb olmaq üzrədir”.
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.