Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36851
az

Mehriban Əliyevanın köməkçisi Fransa KİV-də: Son olaylar Ermənistan rəhbərliyinin simasını ortaya qoydu

13:5004 Avqust, 2020
467
SİYASƏT
  • A

Fransa mətbuatı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş müsahibə dərc edib.

Oxu24.com  xəbər verir ki, Fransanın tanınmış jurnalistlərindən biri, eyni zamanda tarixçi olan Alən Rumstanın aldığı və yerli “Agoravox.fr” xəbər saytında dərc olunmuş geniş müsahibədən əvvəl jurnalist bildirir ki, Ermənistan və Azərbaycan arasında növbəti böhran təhlükəli bir mərhələyə qədəm qoyub. Fransız oxucuları isə daha çox erməni tərəfinin münaqişə ilə bağlı mövqeyini KİV-dən ətraflı şəkildə öyrənir. Ona görə də vacibdir ki, Azərbaycan tərəfinin də münaqişənin səbəbələri haqqındakı mövqeyi obyektiv şəkildə fransız oxucularına çatdırılsın. Sitat: “Biz qərar gəldik ki, obyektivlik naminə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyova müsahibə üçün müraciət edək”.

Daha sonra jurnalist son günlərdə Tovuz istiqamətində sərhəddə baş vermiş toqquşmaların səbəbləri, həmçinin bu münaqişənin tarixi, illərdir ki, davam edən konfliktin səbəbləri barəsində müsahibə sual ünvanlayıb. Fransız oxucularına sərhəddə Ermənistanın törətdiyi təxribat barəsində ətraflı məlumat verən E.Əmirbəyov bildirib ki, iyulun 12-də ermənilər atəşkəs rejimini kobud şəkildə pozaraq Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutublar. Nəticədə 11 hərbçimiz, o cümlədən də generalımız şəhid olub. Ermənistan silahlı qüvvələri, həmçinin yerli dinc sakinləri də hədəfə alıblar. Azərbaycan silahlı birləşmələri bu təxribatın qarşısını qətiyyətlə alıblar. Ermənistan bu təxribatı törətməklə yeni mövqelər qazanmağı, işğal zonasını genişləndirməyi və yerli sakinləri öz doğma yurd-yuvalarından qovmağı qarşısına məqsəd qoymuşdu. Bundan başqa erməni hakimiyyəti belə bir təxribatı həyata keçirməklə həm də Ermənistan daxilindəki gərginlikdən, sosial-iqtisadi problemlərdən, xüsusi ilə pandemiya şəraitində vəziyyəti daha da ağırlaşan xalqın diqqətini əsas problemlərdən yayındırmaq niyyəti də daşıyırdı. Ermənistan rəhbərliyi həm də KTMT-ni də öz avantürasına cəlb etmək niyyəti ilə belə bir təxribatı gerçəkləşdirib. Digər bir fakt da ondan ibarətdir ki, təcavüzkar Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmək istəmir, 30 ildir Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayaraq bu cür əməlləri ilə də faktiki olaraq danışıqlar prosesinə zərbə vurur. Biz beynəlxalq ictimaiyyəti təcavüzkarın əməllərini pisləməyə çağırırıq. Bu gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür. Rəsmi İrəvan hər vəchlə sülh prosesini sabotaj edir, ona mane olur və beləliklə də ərazilərimizin işğalını bu yolla davam etdirir.

Müəllif keçmiş SSRİ-nin bu iki respublikası arasındakı çoxsaylı insan tələfatı ilə nəticələnmiş qanlı münaqişənin səbəbləri haqda sual ünvanlayıb. Ölkəmizin Birinci vitse-prezidentinin köməkçisi bu suala cavabında vurğulayıb ki, münaqişənin səbəblərini araşdırarkən mütləq tarixə baxmaq lazımdır. Tarix isə bizə onu deyir ki, Qarabağ torpağı əzəli və əbədi Azərbaycan ərazisidir. Qarabağ tarixin müxtəlif dövrlərində Azərbaycan dövlətlərinin tərkibində olub. 18-ci əsrdə ölkəmizin ərazisində müxtəlif xanlıqlar və sultanlıqlar yaranıb. Daha sonra 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilərlərinin şərtlərinə əsasən Azərbaycan torpaqları iki hissəyə bölünüb. Şimali Azərbaycanın işğalından sonra çar rejimi əldə etdiyi bu torpaqların erməniləşdirlməsi siyasətini həyata keçirib. Türkmənçay müqaviləsinin 15-ci maddəsi isə ümumiyyətlə, ermənilərin kütləvi surətdə Şimali Azərbaycan ərazilərinə köçürülməsini nəzərdə tuturdu. Beləliklə, bu köç 1828-1911-ci illər arasında davam etdirildi və bir milyondan çox erməni bu dövrdə bizim tarixi torpaqlarımıza yerləşdirildi. Buraya İrəvan və Qarabağ xanlıqlarının ərazisi də daxildir. 1905-1907-ci illərdə isə ermənilər azərbaycanlı yerli əhaliyə qarşı qanlı qətliamlar törətdilər. Azərbaycan əhalisi kütləvi şəkildə qətl edildi, şəhərlərimiz, kəndlərimiz, mədəniyyət mərkəzlərimiz, tarixi abidlərimiz erməni vandalizminin qurbanı oldular. Rusiyada 1917-ci ilin fevral çevrilişindən sonra əks-inqilabla mübarizə bəhanəsi adı altında minlərlə azərbaycanlı qətlə yetrildi.

Əlbəttə ki, bu qətllərin əsl səbəbi və o adamların günahı yalnız azərbaycanlı olmalarında idi. Nəhayət, 1918-ci il may ayının 28-də uzun müddət əsarətdə qaldıqdan sonra Azərbaycan xalqı müstəqillik qazandı. Tarixi Azərbaycanın şimalında xalqımız Azərbaycan Demokratik Respublikasını qurdu. 1918-1920-ci illərdə mövcud olmuş cümhuriyyətimiz dünyanın müxtəlif dövlətləri ilə diplomatik münasibətlər yaratdı. 16 dövlət isə paytaxtımız Bakı şəhərində diplomatik missiyalar açdı. 1919-cu ilin aprelində Azərbaycan hökuməti Qarabağda müvəqqəti general qubernatorluq təsis etdi. Müttəfiq güclər isə həmin general qubernatorluğu Azərbaycan yurisdiksiyasında tanıdılar. Həmin ilin avqustunda isə Dağlıq Qarabağın erməni milli assambleyası rəsmi surətdə Azərbaycan hakimiyyətini qəbul etdi. Ona görə də erməni tərəfinin iddia etdiyi kimi o dövrdə Dağlıq Qarabağın nə hüququ müstəqilliyi, nə də siyasi müstəqilliyi olub. Bu tamamilə yalandır.

Müasir dövrün Qarabağ hadisələri isə yenə də ermənilər tərəfindən 1987-ci ilin sonlarında Xankəndidə azərbaycanlılara qarşı törədilmiş aqressiya ilə başladı. Eyni vaxtda Ermənistandan azərbaycanlılar kütləvi şəkildə qovularaq qaçqınlıq həyatına zorla məhkum edildilər. Sonuncu 250 000 azərbaycanlı öz ata-baba yurdlarını tərk etmək məcburiyyəti qarşısında qaldı. Ermənistan isə Dağlıq Qarabağı özünə ilhaq etmək iddiasını ortalığa atdı. 1988-ci ilin fevral ayının 20-də Dağlıq Qarabağ erməni icmasının nümayəndələri bir qətnamə qəbul etdilər. Orada Azərbaycan SSR-dən qoparaq Ermənistan SSR-yə birləşmək məsələsi öz əksini tapmışdı. Sonra bu münaqişə hərbi müstəviyə daxil oldu. Bu isə 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərinə təsadüf etdi. SSRİ-nin dağılmasından sonra münaqişə daha da alovlandı. Dağlıq Qarabağ münaqişəsi traxində ən qanlı hadislərdən birini Ermənistan 1992-ci ilin fevral ayının 26-da Azərbaycanın Xocalı şəhərində törətdi. Bu misilsiz bir kütləvi qətliam idi. Şəhər isə tamamilə məhv edilmişdi.

Bu münaqişə Azərbaycan ərazilərinin 20 faizinin işğalı ilə nəticələndi. Dağlıq Qarabağ və ətrafdakı 7 rayon Ermənistan tərəfindən işğal olundu. 750 min soydaşımız bu ərazilərdən qaçqın düşdü. 250 min azərbaycanlı isə Ermənistandan qovuldu. Hazırda Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünü var.

Alən Rumstan hazırda işğal olunmuş Dağlıq Qarabağ bölgəmizdə yaradılmış rejim və buna ölkəmizin münasibəti ilə maraqlanıb. Elçin Əmirbəyov bildirib ki, Dağlıq Qarabağ regionu və bütövlükdə Azərbaycanın daha 7 rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu aqressiya ümumbəşəri cinayətlərlə müşayət olunub. İşğal, etnik təmizləmə və kütləvi qırğınlar. Bu bəşəri cinayətləri törədən Ermənistan bir də Dağlıq Qarabağda marionet rejim yaradıb. 30 ildə Ermənistan dövləti bütün beynəlxalq qanunları pozub. Heç bir hüquq tanımayan bu dövlət Dağlıq Qarabağın azərbaycanlı əhalisinin elementar humanitar hüquqlarını belə kobudcasına tapdalayıb. Unutmaq lazım deyil ki, regionun Azərbaycan icması 50 min insan deməkdir. Onlar respublikamızın müxtəlif bölgələrində məskunlaşıblar. Bu vəziyyət ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Ermənistan tərəfindən təməl hüquqlarının da ədalətsiz bir formada tapdanmasının təzahürüdür. Azərbaycan Respublikası münaqişənin sülh yolu, BMT nizamnaməsi, o cümlədən də qurumun Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmasını tələb edir. İndiyə qədər Avropa Şurasının, Avropa parlamentinin və digər beynəlxalq təşkilatların münaqişənin ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsini tələb edən müxtəlif sənədləri qəbul edilib. Və həmin sənədlərin hər birində məhz bizim mövqeyimizin haqlı olduğu ifadə olunub. Dünyada heç bir ölkə, Ermənistan da daxil, Dağlıq Qarabağda yaradılmış oyuncaq rejimi müstəqil subyekt kimi tanımayıb. Bu reallıqdır. Beynəlxalq aləm münaqişənin dinc yolla, ərazi bütövlüyü, beynəlxalq hüquq norma və prinsipləri əsasında ədalətli həllinin tərəfdarıdır. Fransa isə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Bu münaqişənin həlli ilə əlaqədar onun da mövqeyi beynəlxalq birliyin ümumi mövqeyi ilə üst-üstə düşür. Ona görə də Ermənistan bu məsələdəki reallığı anlamalı, tarixi həqiqəti qəbul etməli və Azərbaycan torpaqlarının qanunsuz işğalından əl çəkməlidir.

Daha sonra KİV-in əməkdaşı keçmişdə azərbaycanlıların və erməminlərin birgə yaşayışının bir fakt olduğunu xatırladıb və bu düşmənçiliyin səbəbini soruşub. Ölkəmizin Birinci vitse-prezidentinin köməkçisi bu suala belə cavab verib:

“Səbəb Ermənistanın yeritdiyi bizim torpaqlarımızı zorla anneksiya etmək siyasətidir. Baxın, bu gün də ölkəmizdə təxminən 30 min erməni yaşayır. Ermənistan haqqında demək olarmı ki, orada bir nəfər də olsun azərbaycanlı qalıb? Əlbəttə ki, yox! Axı, münaqişə başlanmamışdan öncə azərbaycanlılar orada öz dədə-baba torpaqlarında yaşayırdılar. Qeyd etdiyim kimi, konflikt hələ tam aktiv fazaya keçməzdən əvvəl soydaşlarımız kütləvi şəkildə öz tarixi yurdlarını tərk etməyə məcbur ediliblər. Biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik. Respublikamızda bütün millətlərin, etnik qrupların, dinlərin təmsilçiləri azad, demokratik, tam bərabərhüquqlu bir mühitdə yaşayıb-yaradırlar. Dövlətimiz erməni əsilli vətəndaşlarına da eyni münasibəti, dinc şəraitdə birgə yaşayışın tamamilə mümkünlüyünü dəfələrlə bəyan edib. Ermənistan hakim dairlələri isə məsələyə əsl irqçi mövqedən yanaşır, azərbaycanlılar və ermənilərin genetik nöqteyi-nəzərdən birgə yaşamasının qeyri-mümkün olduğunu açıqlayır. Azərbaycan və Ermənistanın fərqi də məhz bundadır.

Jurnaliat Alən Rumstan Azərbaycan Respublikasının beynəlxalq sərhədlərinin dünya tərəfindən tanındığını, bununla əlaqədar sənədlərin də ortalıqda olduğunu xatırladıb. O cümlədən də BMT və Avropa institutlarının da məsələ ilə əlaqdar müxtəlif sənədlər qəbul etdiklərini deyib. Fransanın da üzv olduğu Minsk Qrupundan Azərbaycanın gözləntilərinin nədən ibarət olduğunu soruşub. Elçin Əmirbəyov bildirib ki, ərazilərimizin məhz Ermənistan tərəfindən işğalı faktdır. Bununla əlaqədar BMT-nin 4 qətnaməsi də qəbul olunub ki, orada işğala dərhal son verilməsi tələb olunub. Avropa İnsan Haqları Məhkəməsinin 16 iyun 2015-ci ildə qəbul etdiyi qərarda vurğulanıb ki, Dağlıq Qarabağ və ətraf işğal olunmuş rayonlara məhz Ermənistan nəzarət edir. Avropa Parlamenti də müxtəlif vaxtlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edən qətnamə və qərarlar qəbul edib. Minsk Qrupuna gəlincə isə fakt ondan ibarətdir ki, 28 ildə bu qrup status kvonun dəyişdirilməsinə nail olmayıb. Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxlaması yolverilməz və qəbuledilməzdir. Reallıq budur ki, Ermənistan hər vəchlə çalışır ki, işğal etdiyi bölgəmizdə təhlükəli status-kvonun saxlanılmasına və ərazinin özünə anneksiyasına nail olsun. Münaqişənin Ermənistanın bu aqressiv mövqeyi ucbatından həll olunmaması müharibə risklərini artırır. Ona görə də Fransanın da həmsdr olduğu ATƏT-in Minsk Qrupu öz üzərinə düşən missiyanı həyata keçirməli və BMT-nin qətnamələrinin dərhal icra edilməsinə nail olmalıdır. O cümlədən də Ermənistan hakim dairələrini sülh prosesinə dair öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir. Bütün hallarda bu münaqişə beynəlxalq hüququn prinsip və normaları əsasında həll edilməlidir.

Sonda fransız jurnalisti Bakıda xalqımızın erməni işğalına son verilməsini tələb edən askiyasını xatırladıb və bu barədə dövlətimizin mövqeyi ilə maraqlanıb. E.Əmirbəyov sualı cavablandırarkən bildirib ki, xalqımızın səbri artıq tükənib. Azərbaycan xalqı bu işğalın dərhal sona çatdırılmasını, beynəlxalq hüququn bərqərar olmasını tələb edir. Biz imkan vermərik ki, işğal olunmuş ərazilərimizdən qovulmuş soydaşlarımızın öz torpağında yaşamaq hüququnun pozulması davam etsin. 2018-ci ildə çevriliş nəticəsində hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan konstruktiv danışıqlardan yayınır. Və son qanlı olaylar da Ermənistan rəhbərliyinin əsl simasını bir daha ortalığa qoydu. Bu qəbuledilməz və məsuliyyətsiz provokasiya idi. Biz sual veririk ki, daha nə qədər günahsız qurbanlar olmalıdır ki, erməni hakimiyyəti hüquq və ədalətə hörmət etməyin vacibliyini anlasın və buna əməl etsin. Təkrar edirəm, Ermənistan hakimiyyətinin bu kimi hərəkətləri müharibə riskini artırır. Çünki Azərbaycanın səbri tükənmək üzrədir. BMT nizamnaməsi də qanunsuz işğala qarşı bizim özümüzü müdafiə etmək hüququmuzu, o cümlədən ərazilərimizi azad etmək üçün ölçü götürmək haqqımızı tanıyır. Ona görə də Ermənistan nəhayət anlamalıdır ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Hazırkı reallığı nəzərə almalı olan Emənistan bir daha bizim səbrimizi sınağa çəkməsin!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
Fransanın Baş nazirinin reytinqi tarixi minimuma endi
"Amerikalılar Rusiyaya raket zərbələri endirirlər" -Peskovdan KRİTİK AÇIQLAMA

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ