Fərid Əkbərli: "BMT Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir"
17 May 2026, 19:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
437
30.07.2020, 16:42
Baş Nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu şərtləri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Oxu24.com xəbər verir ki, qərar “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli fərmanının 3.4-cü bəndinə əsasən və Təhsil Nazirliyinin təklifini nəzərə alaraq imzalanıb.
Qərarda deyilir: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 962) ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin 5-ci hissəsi aşağıdakı redaksiyada verilsin: “5. Bu Şərtlərin 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun aparıldığı ixtisaslar və ixtisaslar üzrə keçid balı hər il aşağıda müəyyən olunmuş keçid ballarının minimum və maksimum hədləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyən edilir:
2 5.1. Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme)
25-35; 5.2. Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education) – C və ya B (müvafiq üç imtahan fənni üzrə);
5.3. Yüksək yerləşdirmə (Advanced Placement) – 3 və ya 4 (müvafiq üç imtahan fənni üzrə).”.
19:32 / 17 May 2026
70
19:27 / 17 May 2026
80
19:12 / 17 May 2026
915
19:02 / 17 May 2026
70
19:00 / 17 May 2026
61
18:43 / 17 May 2026
208
18:41 / 17 May 2026
70
18:39 / 17 May 2026
71
18:37 / 17 May 2026
69
18:35 / 17 May 2026
73
17:32 / 17 May 2026
171
17:28 / 17 May 2026
76
17:27 / 17 May 2026
81
17:25 / 17 May 2026
87
17:16 / 17 May 2026
453
17:14 / 17 May 2026
76
17:11 / 17 May 2026
82
17:08 / 17 May 2026
75
17:07 / 17 May 2026
75
17:05 / 17 May 2026
87
15:14 / 17 May 2026
81
15:00 / 17 May 2026
82
14:45 / 17 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.