Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib
18 Noyabr 2026, 15:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
908
02.06.2020, 09:23
“Bir-iki nəfər insanlarda elə fikir formalaşdırmağa çalışır ki, guya Cümhuriyyətin varisi onlardır”.
Oxu24.com -un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, bugünkü Azərbaycan bu cür inkişaf etmiş, dünyada tanınan, dünyada sözünü deyən olmasaydı, hansısa varislikdən söhbət gedə bilməzdi:
“Cümhuriyyətin varisi bizik. Onlar isə vətən xainləri, erməni lobbisi ilə birləşib Azərbaycana qara yaxanlardır. Biz fikirlərimizi də, rəylərimizi də düzgün istiqamətdə formalaşdırmalıyıq. Bu gün İlham Əliyev həm də Demokratik Cümhuriyyətin prezidentidir”.
Deputat Sabir Rüstəmxanlı isə Qarabağ məsələsinə toxunaraq vurğulayıb ki, Dağlıq Qarabağda son zamanlar baş verən erməni həyasızlığı hər kəsi düşündürməlidir:
“Qarabağ milli məsələdir. Təəssüf ki, vaxt keçir, problem həll olunmur, bu da əhalidə narazılıq yaradır. Millətin gələcəyi, şərəfi buna bağlıdır. Bu məsələ nə iqtidarın, nə də müxalifətin inhisarındadır. Bu, hamının mövzusudur. Burada ümummilli konsepsiya olmalıdır. Ona görə də təklif edirəm ki, müvafiq qurumlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində gördüyü işlərlə bizi tanış etsin. Bunun üçün Milli Məclisdə ildə iki dəfə bizimlə görüşlər keçirilməlidir”.
Dövlət qurumları, bütün İcra hakimiyyətlərinin yanında İctimai şuraların yaradılması və ya yenidən qurulması vacibliyindən danışan deputat Razi Nurullayev isə hesab edir ki, ictimai nəzarət mexanizmini işlək formaya salmaq lazımdır: “İctimai şuralara vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri, ziyalılar daxil olmalıdır ki, hər kəs bir-birinə nəzarət edə bilsin. İctimai şuralar elə seçilməlidir ki, dövlət qurumlarından asılı olmasın. Bundan başqa, deputatlardan ibarət nəzarət mexanizmi yaradılmasına ciddi ehtiyac var. 5-6 nəfərlik deputat korpusundan yaradılan bu komissiyalar təhkim olunduqları dövlət qurumlarına nəzarət funksiyasını yerinə yetirsin və ehtiyac duyulduğu təqdirdə, həmin qurumun fəaliyyətini Milli Məclisin müzakirəsinə çıxarsın, həm də o qurumun şəffaf fəaliyyətinə görə məsuliyyət daşısın”.
Deputat Ceyhun Məmmədov isə bu gün yas mərasimləri ilə bağlı qadağalara əməl olunmamasından narahatlığını bildirib. Onun sözlərinə görə, bu məsələyə baxılmalıdır:
“Müvəqqəti olaraq hansısa müəyyən normalar müəyyənləşdirə bilərik. Çünki yas zamanı insanlar mərasim evlərinə toplaşmasalar da, öz evlərində yas keçirirlər. Bəziləri bu məhdudiyyətləri yanlış formada təqdim edirlər. Onlar iddia edirlər ki, guya hökumət insanların bir yerə toplaşmasını istəmədiyi üçün bu məhdudiyyətləri tətbiq edir. Bu gün yas və toy mərasimləri ilə bağlı qadağaların yüngülləşdirilməsi və sadələşdirilməsi istiqamətində addımlar atılması üçün seçicilərim mənə müraciət edir”.
Deputat tədris kursları və təhsil mərkəzləri bağlı məhdudiyyətlərin qüvvədə qalmasına da toxunub.
“Bu gün həmin kurslarda çalışan insanlar işsizdir. Operativ Qərargah bu məsələyə baxsa, yaxşı olardı” - deyə Ceyhun Məmmədov bildirib.
16:52 / 18 Noyabr 2026
6
16:45 / 18 Noyabr 2026
34
16:43 / 18 Noyabr 2026
44
16:41 / 18 Noyabr 2026
41
16:26 / 18 Noyabr 2026
65
16:21 / 18 Noyabr 2026
217
16:05 / 18 Noyabr 2026
90
16:00 / 18 Noyabr 2026
103
15:35 / 18 Noyabr 2026
94
15:32 / 18 Noyabr 2026
104
15:28 / 18 Noyabr 2026
94
15:22 / 18 Noyabr 2026
266
15:16 / 18 Noyabr 2026
115
15:12 / 18 Noyabr 2026
97
15:09 / 18 Noyabr 2026
120
15:05 / 18 Noyabr 2026
359
15:02 / 18 Noyabr 2026
110
14:58 / 18 Noyabr 2026
124
14:52 / 18 Noyabr 2026
107
14:44 / 18 Noyabr 2026
577
14:33 / 18 Noyabr 2026
153
14:22 / 18 Noyabr 2026
111
14:18 / 18 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.