Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27838
az

Azərbaycanda deputat kömək  etməyə  imkansız  ailə axtarır

23:5631 Mart, 2020
6250
SİYASƏT
  • A
“Bütün vətəndaşlarımızı dövlətin rəsmi qərarlarını əməl etməyə dəvət edirəm. Hesab edirəm ki, əgər biz karantin vəziyyətinin, aylarla uzanmasını istəmiriksə, bu günə qədər pandemiyadan canını tapşıranlarla kifayətlənmək istəyiriksə, onda hamılıqla “evdə qal” kampaniyasına qoşulmalıyıq”. Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev deyib. “Sosial təcridetmənin, virusun qarşısını almaq üçün, cəmiyyəti, insanları xilas etmək üçün ən doğru yollardan biri olduğunu nəzərə almalıyıq və əməl etməliyik. Təəssüf edirəm ki, bəzi insanlarımız hələ də məsuliyyətsiz münasibət bəsləyirlər. Hamımız dərk edirik ki, kasıb, az təminatlı, İşləməyən insanlarla bağlı problemlər var və bu problemlər dövlətimizin , hökumətimizin nəzarətindədi. Sosial paketlər, hazırlanıb paylanana qədər, imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır. Onlara maddi mənəvi dəstək verməlidirlər. Əgər Nərimanov rayonu, 20 saylı ikinci seçki dairəsinin ərazisində, tanıdığınız imkansız, az təminatlı ailələr varsa, zəhmət olmasa, mənə xəbər verin. Allaha əmanət olun” – A.Əliyev qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev Ermənistanla sülhə maneələrdən DANIŞDI Ermənistanla sülhə maneələrdən DANIŞDI
Dövlət və hökumət rəsmiləri Zəfər parkında olublar - FOTOLAR
"İnanırıq ki, Ermənistan nümayəndə heyəti COP29-da iştirak edəcək" - Muxtar Babayev

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO