Ərdoğandan Bakı mesajı: Oktay Saral niyə vəzifəsini itirdi? — ŞƏRH
26 Oktyabr 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
671
19.03.2020, 23:10
Prezident İlham Əliyevin koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamına əsasən dörd İşçi Qrup yaradılır.
Oxu24.com xəbər verir ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılacaq İşçi Qrup pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etməli, pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb, eləcə də mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə nazirinin rəhbərliyi ilə yaradılacaq İşçi Qrupa tapşırılır ki, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinə, sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlasın və Nazirlər Kabinetinə təqdim etsin.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılacaq İşçi Qrup pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi, bu Sərəncamda qeyd olunan problemlərlə əlaqədar ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.
Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılacaq İşçi Qrupa isə pandemiyanın Azərbaycanın bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsinin həyata keçirilməsi, Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirlərə dair təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
22:34 / 26 Oktyabr 2026
78
22:30 / 26 Oktyabr 2026
31
22:11 / 26 Oktyabr 2026
23
22:11 / 26 Oktyabr 2026
34
22:04 / 26 Oktyabr 2026
66
22:02 / 26 Oktyabr 2026
60
21:58 / 26 Oktyabr 2026
57
21:53 / 26 Oktyabr 2026
81
21:44 / 26 Oktyabr 2026
62
21:32 / 26 Oktyabr 2026
64
21:30 / 26 Oktyabr 2026
66
21:05 / 26 Oktyabr 2026
889
21:02 / 26 Oktyabr 2026
77
20:56 / 26 Oktyabr 2026
84
20:30 / 26 Oktyabr 2026
89
20:26 / 26 Oktyabr 2026
83
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
99
19:57 / 26 Oktyabr 2026
72
19:43 / 26 Oktyabr 2026
1
19:43 / 26 Oktyabr 2026
94
19:17 / 26 Oktyabr 2026
78
19:00 / 26 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.