Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2578
az

Lavrov və Surkov Azərbaycanla Ermənistan arasında sülhün əleyhinədir -

22:2703 İyun, 2018
4024
SİYASƏT
  • A
 Ekspertlər düşərgəsinin nümayəndələri Rusiya jurnalisti və analitiki Maksim Şevçenkonun "Exo Moskvı" radiostansiyasının efirində səslənmiş bəyanatına biganə qalmayıblar.

Virtualaz.org xatırladır: Maksim Şevçenko birbaşa bəyan etmişdi ki, Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov erməni lobbisinin nümayəndəsidir.

Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyinin tanınması haqda qərarın Suriya prezidenti Bəşər Əsədin boynuna qoyulmuş, sonra Dəməşq və Tbilisi arasında münasibətlərin qırılması və gözlənilən anti-Rusiya çıxışları məhz bununla bağlıdır.

Türk politoloqu Engin Özərin virtualaz.org-a bildirdiyi kimi, hər şeydən görünür ki, Moskvada bəzi güclər Rusiya və Gürcüstan arasında münasibətlərin normallaşmasının başlanmış prosesini bloklamağa qərar veriblər.

"Dəməşqin Abxaziyanı və Cənubi Osetiyanı tanımaq qərarının arxasında ya Rusiya Federasiyası prezidentinin köməkçisi, Abxaziya və Cənubi Osetiya məsələləri ilə məşğul olan ( və ya məşğul olmuş) Vladislav Surkov, ya da həqiqətən, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov durur. Amma daha çox düşünürəm ki, bunu Vladislav Surkov təşkil edib", - deyə Engin Özər bildirib.

Maksim Şevçenko

Amma Moskva bu qərarı niyə məhz indi dəstəklədi, bilərək ki, bu, Gürcüstanı təxribata çəkə bilər? Politoloqun fikrincə, "Hər şey sadədir, əgər “kimlər Gürcüstanın və Kremlin yaxınlaşmasının əleyhinədir” sualına cavab verəcəksinizsə".

Ekspert Qarabağ amilini xüsusi qeyd edib: "Əsas məqamlardan biri Ermənistanın yeni baş naziri Nikol Paşinyanın "DQR"i tanımağa nə qədər hazır olmasıdır. Əgər o buna gedəcəksə, onda Suriya Ərəb Respublikası tərəfindən həmin Abxaziyanın tanınmasının məntiqini anlamaq mümkün olacaq. Amma siz necə düşünürsünüz, Paşinyanın rəhbərliyi dövründə Ermənistan Qarabağın müstəqilliyini doğrudanmı tanıya bilər?".

Engin Özər vurğulayıb ki, əgər bu (Ermənistan tərəfindən "DQR"in tanınması) olacaqsa, onda dərhal müharibə başlanacaq və Türkiyə ona cəlb edilmiş olacaq. Ən azı ona görə ki, türk hərbçiləri çoxdandır Azərbaycan zabitlərinə təlim keçirlər.

Vladislav Surkov və Sergey Lavrov

Türk analitiki hesab edir ki, Qarabağ problemi tezliklə həll olunmalı idi: "Amma Rusiya administrasiyasının bəzi nümayəndələri buna qarşı çıxış etdilər və əks-tədbirlər gördülər. Və budur, vəziyyətdən istifadə üçün yeni "düyün" yaradılır".

"Suriyada böyük və nüfuzlu abxaz diasporası var. Əgər Dəməşq istəsəydi, Abxaziyanı və Cənubi Osetiyanı çoxdan tanıya bilərdi.

Suriya diasporası və abxaz diplomatları bu istiqamətdə çoxdan və fəal işləyirdilər. Yeri gəlmişkən, bu problemlərlə məhz Surkov məşğul olurdu. Və budur, onun vəzifədən çıxarılması ilə bağlı informasiya yayılandan iki gün sonra bildirilir ki, Suriya tanınmamış iki qurumu tanıyır. Təsadüfdürmü? Çətin!

Mövzunu davam etdirərək deyəcəyəm: Mən düşünürəm ki, Moskvada iki qrup var. Biri Qarabağ problemindən qurtulmaq və Gürcüstanla yaxşı münasibətlər yaratmaq istəyir. İkincisi, əksinə, "Qafqaz düyününü" bağlamağı və problemi dondurmağı arzulayır. Surkov və Lavrov ikinci komandadadır. Kremldə heç də hər şey sakit deyil. Göründüyü kimi, mübarizə gedir", - deyə Engin Özər fikrini yekunlaşdırıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı
İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu