Ermənilər Füzulini atəşə tutdu - Texnikamız vuruldu +
17:2729 May, 2018
12549
SİYASƏT
A
Ermənistan silahlı bölmələri tərəfindən atəşə məruz qalan kombayna 11 güllə dəyib.
Oxu24.com "Report"a istinadən xəbər verir ki, mayın 29-da səhər saatlarında ermənilər Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərində atəşəkəsi pozub. Bu zaman taxıl sahəsində apra biçini işlərini aparan, rayonun Əbdülrəhmanlı kənd sakini Taleh Kamandar oğlu Həsənovun idarə etdiyi kombayn atəşə məruz qalıb.
Xəsarət alan olmasa da kənd təsərrüfatı texnikasına ciddi ziyan dəyib.
ŞƏRHLƏR