Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ
11 Aprel 2026, 23:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
69
11.04.2026, 21:58
Azərbaycanın müxtəlif şəhər və rayonlarına rəhbərlik edən icra başçılarının təhsil və ixtisas göstəriciləri kifayət qədər rəngarəngdir. Onların arasında tarixçi, hüquqşünas, iqtisadçı, mühəndis, həkim, hətta baytarlıq və aqrar sahə üzrə ixtisaslaşan şəxslər də var. Bəzi icra başçıları bir neçə ali təhsil müəssisəsində oxuduqları halda, bəzilərinin ixtisası ümumiyyətlə açıqlanmır.
Oxu24.com xəbər verir ki,Modern.az icra başçılarının hansı sahələr üzrə təhsil aldıqlarını araşdırıb.
Bakı şəhər icra başçısı Eldar Əzizov Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1979-cu ildə universiteti fərqlənmə ilə bitirən Bakı meri ixtisasca tarixçidir.
Gəncə şəhərinə başçılıq edən Niyazi Bayramov isə ixtisaca hüquqşünasıdır. O da Bakı Dövlət Universitetində təhsil alıb.
Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov 21 yaşında, 1975-ci ildə Xalq Təsərrufatı İnstitutu, indiki Azərbaycan Dövlət İqtisad Universitetində "Sənaye İqtisadiyyatı" fakültəsində təhsil alıb. İxtisasca iqtisadçıdır.
Lənkəran şəhər başçısı Taleh Qaraşov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, indiki Azərbaycan Memarlıq və İnşaat Universitetini, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu (Dövlət İdarəçilik Akademiyasını) bitirib.
Şəki şəhər icra başçısı Elxan Usubovun harada ali təhsil aldığı icra hakimiyyətinin saytında göstərilməsə də onun mühəndis-elektrik və iqtisadçı olduğu vurğulanıb.
Yevlax şəhərinin başçısı Anar Tağıyev isə 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib. O ixtisasca hüquqşünasdır.
Mingəçevir şəhər icra başçısı olan İlham İsmayılovun universiteti fərqlənmə diplomu ilə bitirdiyi xüsusilə qeyd olunur. Qeyd edək ki, başçı Azərbaycan Politexnik İnstitutunda ( Azərbaycan Texniki Universitetində) təhsil alıb və ixtisasca mühəndisdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 28 yaşına qədər harada təhsil aldığı icra hakimiyyətinin saytında göstərilməyib. Lakin onun 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirdiyi qeyd olunur.
Bir çağırış deputat olan Yasamalın başçısı Elşad Həsənov ixtisasca hüquqşünasdır. O, 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Daha sonra eyni universitetin aspirantura pilləsini bitirib.
Nərimanov rayon icra başçısı Elgün Həbibullayev isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini bitirib. Onun Harvard Biznes Məktəbinin idarəetmə kurslarını bitirdiyi də icra hakimiyyətinin saytında qeyd olunub.
İcra başçıları arasında həkim də var. Qısa müddət əvvəl Nəsimi rayon icra başçısı vəzifəsinə seçilən Tahir Budaqov Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. O, 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir. İcra başçısı öz ixtisasını sadəcə 34 yaşına qədər davam etdirib. O, 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi olub.
Pirallahı rayonunun icra başçısı Vasif İmanov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, həmçinin 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. O, bir müddət mühəndis-mexanik və baş mexanik kimi də çalışıb.
Sabunçu rayonuna rəhbərlik edən Adil Vəliyev Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. O, ixtisasca hüquqşünasdır.
Səbail rayon icra başçısı Vüqar Zeynalov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsinin məzunudur. Onun ADMİU-da hansı ixtisas üzrə təhsil aldığı ayrıca bildirilməsə də mədəniyyətin bir sıra sahələrində baş mütəxəssis, direktor kimi vəzifələrdə fəaliyyət göstərib.
Suraxanı rayonunun icra başçısı Adil Əliyev 1992-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. O, ixtisasca hərbçidir.
Xətai rayon icra başçısı Rafiq Quliyev 1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis-iqtisadiyyat ixtisası üzrə təhsil alıb. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirib.
Xəzər rayonuna rəhbərlik edən Elşən Salahov Xəzər Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2005-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə magistr təhsili alıb.
Abşeron rayonunun icra başçısı Abdin Fərzəliyev 1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Kimya-biologiya” fakültəsinə daxil olub. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi" fakültəsini bitirib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini, 1989-cu ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı” fakültəsini bitirib. İxtisasca jurnalist və iqtisadçıdır.
Ağdam rayonunun icra başçısı Vaqif Həsənov isə 1986-cı ildə Azərbaycan Dövlət Universitetində tarix ixtisası üzrə, 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politologiya ixtisası üzrə, 2003-cü ildə isə Azərbaycan Dövlət Neft Akademiyasında “Faydalı qazıntı yataqlarının işlənməsi” və “Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisasları üzrə təhsil alıb. O həm tarixçi, həm siyasətçi, həm də neftçidir.
Ağdaş rayon icra başçısı Orxan Hüseynzadə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Onun konkret olaraq hansı sahədə ixtisaslaşdığı isə icra hakimiyyətinin rəsmi saytında bildirilməyib.
Ağstafa rayonunun rəhbərlik edən Seymur Orucov Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistratura pillələrini bitirib. Maliyyə-kredit fakültəsində təhsil alan rayonun başçısı bir müddət universitetdə müəllimlik fəaliyyəti ilə məşğul olub.
Ağsu rayonuna ixra başçısı Rövşən Bağırov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. O neft-kimya sahəsində ixtisaslaşıb.
Astara rayonunun icra başçısı Qəzənfər Ağayev Azərbaycan Texnologiya İnstitutunu, 2002-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. O ixtisasca iqtisadçıdır.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu bitirib. O bu ali təhsili mühəndis ixtisası üzrə oxuyub.
Bərdə rayonunun başçısı Vidadi İsayev 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) bitirib. O, ixtisasca tarixçidir.
Biləsuvar rayonunun icra başçısı Faiq Qürbətov Bakı Dövlət Universitetinin tarix fakültəsində tarixçi–tarix müəllimi ixtisası üzrə təhsil alıb. Daha sonra 1998–2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində inzibati idarəetmə ixtisası üzrə təhsilini davam etdirib. 2002-ci ildə isə Ümumdünya Turizm Təşkilatının tədris kursunu bitirib.
Cəbrayıl rayonunun icra başçısı Kamal Həsənov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnib. Onun həmkarı olan Cəlilabad rayonuna rəhbərlik edən Rafiq Cəlilov 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.
Daşkəsən rayon icra başçısı Orxan Abbasov Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühasibat uçotu və audit” fakültəsində təhsil alıb və bakalavr pilləsini fərqlənmə diplomu ilə başa vurduğu bildirilir.
Füzuli rayonunun icra başçısı Alı Alıyev ali məktəbi bitirdikdən sonra iqtisadçı-aqronom kimi fəaliyyət göstərdiyi icra hakimiyyətinin rəsmi saytında bildirilib.
Goranboy rayon başçılıq edən Məhərrəm Quliyev Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib.
Həmçinin oxuyun
1512493
Göyçay rayonunun icra başçısı Orxan Mürsəlov 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsində politologiya ixtisası üzrə təhsil alıb. Daha sonra 2010–2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarəedilməsi (marketinq) ixtisası üzrə magistr dərəcəsi qazanıb.
Göygöl rayonunun icra başçısı Vüqar Novruzov Azərbaycan Texniki Universitetində mühəndis-menecment ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə magistr, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr təhsili alıb.
Hacıqabul rayon icra başçısı Sevindik Hətəmov 1981–1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun mühəndis-mexanik fakültəsində təhsil alıb.
Xaçmaz rayonunun başçısı Elnur Rzayev Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr təhsili alıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirib.
Xocalı rayonunun icra başçısı Şahmar Usubov D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun “Maddi-texniki təchizatın iqtisadiyyatı və planlaşdırılması” fakültəsində qiyabi təhsil alaraq iqtisadçı ixtisasına yiyələnib.
Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynov Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Elektron hesablayıcı maşınları” fakültəsini bitirib. O, ixtisasca mühəndis-sistemotexnikdir.
İsmayıllı rayonunun icra başçısı Nahid Bağırov 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. O, ixtisasca hüquqşünasdır.
Kəlbəcər rayonunun icra başçısı Azər Qocayev 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin elektroenergetika fakültəsini bitirib.
1512501
Kürdəmir rayonuna başçısı Elşən Həsənli 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr, 2019-cu ildə isə “Davamlı inkişafın planlaşdırılması” ixtisası üzrə magistr təhsili alıb.
Qax rayonunun icra başçısı Elvin Paşayev 2000–2004-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində regionşünaslıq ixtisası üzrə təhsil alıb.
Qobustan rayonunun icra başçısı Adil Məmmədov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsində təhsil alıb və 1975-ci ildə həmin ixtisas üzrə məzun olub.
Quba rayon icra başçısı İlqar Mahmudov Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər, həmçinin Bakı Dövlət Universitetində hüquq ixtisası üzrə əlavə təhsil alıb.
Qubadlı rayonunun icra başçısı Malik İsaqov 1979-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
Qusar rayonunun icra başçısı Sahir Məmmədxanov Rusiya Federasiyasının Tver şəhərində yerləşən Kalinin adına Dövlət Universitetinin iqtisadiyyat fakültəsində “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə təhsil alıb.
Laçın rayonunun icra başçısı Aqil Nəzərli Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alıb.
Lerik rayonuna rəhbərlik edən Əkbər Abbasov Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində “Ümumi iqtisadiyyat” ixtisası üzrə təhsil alıb.
Masallı rayonunun icra başçısı Araz Əhmədov Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib.
Neftçala rayon icra başçısı Mirhəsən Seyidov Azərbaycan Universitetinin “Vergi və vergitutma” fakültəsində təhsil alıb.
1512499
Saatlı rayon icra başçısı Elmir Bağırov 2001-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər fakültəsində politologiya ixtisası üzrə bakalavr təhsili alıb. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dünya siyasi prosesləri və beynəlxalq əlaqələrin nəzəriyyəsi” ixtisası üzrə magistratura pilləsini bitirib. Daha sonra həmin akademiyada doktorantura təhsili alaraq siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
Sabirabad rayonunun icra başçısı Siraqəddin Cabbarov Azərbaycan Politexnik İnstitutunu bitirib. O, ixtisasca mühəndis-mexanikdir.
Samux rayonunun icra başçısı Alı Qocayev Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsində təhsil alıb.
Siyəzən rayon icra başçısı Novruz Novruzov 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.
Şamaxı rayonunun başçısı Tahir Məmmədov Mingəçevir Politexnik İnstitutunu iqtisadçı ixtisası üzrə, 2011-ci ildə isə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.
Şəmkir rayonuna rəhbərlik edən Rəşad Tağıyev Bakı Dövlət Universitetinin hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. Daha sonra Taras Şevçenko adına Kiyev Milli Universitetində korporativ hüquq üzrə magistr dərəcəsi qazanıb.
1512500
Şuşa rayonunun icra başçısı Bayram Səfərov ixtisasca iqtisadçıdır.
Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitutunu, 2002-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Tovuz rayonunun icra başçısı Məmməd Məmmədov ixtisasca iqtisadçıdır.
Ucar rayonunun icra başçısı Mənsur Məmmədov 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitirib.
Yardımlı rayon icra başçısı Ayaz Əsgərov Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib.
Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə bitirib.
Zəngilan rayonunun icra başçısı Ramiz Həsənov Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
Zərdab rayonunun icra başçısı Mərdan Camalzadə ixtisasca biologiya müəllimi və iqtisadçıdır.
Qeyd edək ki, Şirvan, Binəqədi, Nizami, Balakən, İmişli, Xızı, Qazax, Qəbələ, Oğuz və Salyan rayonlarının icra başçılarının harada ali təhsil aldıqları və ixtisasları icra hakimiyyətlərinin rəsmi saytında qeyd olunmayıb.
23:26 / 11 Aprel 2026
28
23:22 / 11 Aprel 2026
72
23:09 / 11 Aprel 2026
39
23:08 / 11 Aprel 2026
26
23:01 / 11 Aprel 2026
51
22:48 / 11 Aprel 2026
360
22:46 / 11 Aprel 2026
40
22:39 / 11 Aprel 2026
43
22:34 / 11 Aprel 2026
49
22:32 / 11 Aprel 2026
262
22:19 / 11 Aprel 2026
151
22:18 / 11 Aprel 2026
202
22:07 / 11 Aprel 2026
143
22:03 / 11 Aprel 2026
64
22:02 / 11 Aprel 2026
767
21:50 / 11 Aprel 2026
55
21:47 / 11 Aprel 2026
172
21:40 / 11 Aprel 2026
102
21:34 / 11 Aprel 2026
276
21:33 / 11 Aprel 2026
62
21:33 / 11 Aprel 2026
74
20:53 / 11 Aprel 2026
736
20:40 / 11 Aprel 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.