Azərbaycanda məktəblinin meyiti tapıldı
30 Sentyabr 2026, 12:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
573
11.04.2026, 21:33
Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, layihə barədə deputat Elşən Musayev məlumat verib, sazişin mütərəqqi əhəmiyyətindən danışıb.
Deputat Elçin Mirzəbəyli sənəd barədə danışarkən bildirib ki, müzakirəyə təqdim olunan “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş” mahiyyət etibarilə geniş siyasi, iqtisadi və humanitar məzmun kəsb edən beynəlxalq sənəddir:
“Qanun layihəsi təmsil olunduğum Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə olunub və yekdilliklə dəstəklənib. Artıq qeyd olunduğu kimi, bu sənəd hüquqi baxımdan vətəndaşların sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və sadələşdirilmiş qaydada dəyişdirilməsini nəzərdə tutur. Azərbaycanla Belarus arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq əsasında inkişaf edib. Bu münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadi, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində konkret layihələr və qarşılıqlı maraqlar üzərində qurulub. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin effektivliyi bu münasibətlərin birbaşa vətəndaşların gündəlik həyatına təsiri ilə ölçülür. Bu saziş isə Azərbaycan və Belarus vətəndaşlarının hərəkət imkanlarını genişləndirir və əlavə bürokratik maneələri aradan qaldırır”.
E.Mirzəbəyli əlavə edib ki, digər tərəfdən, sürücülük vəsiqələrinin qarşılıqlı tanınması dövlətlər arasında hüquqi sistemlərə və inzibati institutlara olan yüksək etimadın göstəricisidir: “Belə bir mexanizmin tətbiqi o deməkdir ki, tərəflər bir-birinin standartlarını, təhlükəsizlik meyarlarını qəbul edirlər”.
Deputatın sözlərinə görə, Sazişin nəqliyyat və logistika sahəsindəki əməkdaşlığa da müsbət təsiri var: “Bildiyiniz kimi, Azərbaycan artıq regionun mühüm nəqliyyat və tranzit mərkəzidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz üçün beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi əsas istiqamətlərdən biridir. Bu baxımdan, təqdim olunan saziş yalnız fərdi vətəndaşların deyil, həm də biznes subyektlərinin fəaliyyətinə müsbət təsir göstərərək iqtisadi əlaqələrin daha da intensivləşməsinə xidmət edəcək.
Eyni zamanda qeyd etmək lazımdır ki, belə sənədlər dövlətlərarası münasibətlərin dayanıqlığını təmin edən mühüm elementlərdən biridir. Çünki əməkdaşlıq nə qədər konkret və praktik sahələrdə qurularsa, onun davamlılığı da bir o qədər yüksək olur”.
E.Mirzəbəyli bildirib ki, bugünkü mürəkkəb beynəlxalq şəraitdə etibarlı tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycan Respublikasının həyata keçirdiyi çoxşaxəli, çevik və istisnasız olaraq, milli maraqlara xidmət edən xarici siyasət məhz belə münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə xidmət edir. Belarus ilə münasibətlər də bu siyasətin uğurlu istiqamətlərindən biridir. Təqdim olunan saziş bu münasibətlərin hüquqi və praktiki əsaslarını daha da möhkəmləndirərək, əməkdaşlığın yeni sahələrdə genişlənməsi üçün zəmin yaradır. Təmsil olunduğum Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yekdil rəyinə görə, sənədin qəbul edilməsi həm dövlətlərarası münasibətlərin inkişafına, həm də vətəndaşlarımızın maraqlarının təmin olunmasına xidmət edəcək”.
12:13 / 30 Sentyabr 2026
1
12:10 / 30 Sentyabr 2026
12
12:09 / 30 Sentyabr 2026
13
12:05 / 30 Sentyabr 2026
22
11:49 / 30 Sentyabr 2026
66
11:47 / 30 Sentyabr 2026
44
11:38 / 30 Sentyabr 2026
42
11:37 / 30 Sentyabr 2026
108
11:36 / 30 Sentyabr 2026
46
11:15 / 30 Sentyabr 2026
48
11:06 / 30 Sentyabr 2026
59
11:05 / 30 Sentyabr 2026
51
10:54 / 30 Sentyabr 2026
145
10:46 / 30 Sentyabr 2026
1016
10:41 / 30 Sentyabr 2026
54
10:36 / 30 Sentyabr 2026
157
10:30 / 30 Sentyabr 2026
91
10:25 / 30 Sentyabr 2026
188
10:20 / 30 Sentyabr 2026
63
10:10 / 30 Sentyabr 2026
128
10:00 / 30 Sentyabr 2026
604
09:55 / 30 Sentyabr 2026
54
09:55 / 30 Sentyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.