Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1764
az

Azərbaycanda tanınmış general vəfat etdi

11:4815 May, 2018
2041
SİYASƏT
  • A
 Azərbaycan Respublikası Ali Məhkəməsinin keçmiş hakimi, Ədliyyə general-mayoru Oqtay Maqsud oğlu Maqsudov vəfat edib.

oxu24.com  xəbər verir ki, Əməkdar hüquqşünas olan Oqtay Maqsudov 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Maqsud oğlu Maqsudov 31 oktyabr 1937-ci ildə Göyçay şəhərində görkəmli ziyali Maqsud Maqsudovun ailəsində anadan olub. Oqtay Maqsudov 1954-cü ildə orta məktəbi bitirib, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla Azərbaycan Respublikasi Ali Məhkəməsinə göndərilib. Azərbaycan və rus dillərini mükəmməl bilən Oqtay Maqsudov Ali Məhkəmədə tərcüməçi vəzifəsinə işə qəbul edilib.

1964-cu ildə prokurorluq sisteminə qəbul olunan O. Maqsudov Xətai rayon prokurorluğunun müstəntiqi təyin olunub. 1966-cı ildən 1973-cü ilədək Azərbaycan Respublikasi Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində məsləhətçi, daha sonra baş məsləhətçi vəzifələrində çalışıb.

1973-1984-cü illərdə isə Əzizbəyov rayonu Xalq Məhkəməsinin hakimi, Xalq Məhkəməsinin sədri vəzifələrində işləyib. 1984-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə uzv seçilib. 1994-cü ilin iyulunda Ali Məhkəmənin növbədənkənar Plenumunun qərarı ilə ona hərbi kollegiyanın sədri vəzifəsinin icrası tapşırılıb. 12 sentyabr 1995-ci ildə AR Ali Məhkəməsinin sədr müavini, hərbi kollegiyanin sədri vəzifəsinə seçilib.

2000-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işləyib. 2010-cu il iyulun 2-də Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq təntənəli təqaüdə yola salınıb. Əməkdar hüquqşünas olub. 1984-cü ildə əməkdə fərqlənməyə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "Fəxri Fərman”la təltif olunub. 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Oqtay Maqsudova Ədliyyə general-mayoru rütbəsi verilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu