Qaynar xətt:

(+99450) 247 90 86

Ölümünə meyitdən köçürülən ürək səbəb olub? - Rəşadın anası danışdı - VİDEO

Ölümünə meyitdən köçürülən ürək səbəb olub? -  Rəşadın anası danışdı - VİDEO

CƏMİYYƏT

81

16.10.2026, 10:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Rəşad yaşamaq eşqində idi".

Oxu24.com  xəbər verir ki, bunu Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən  və bir neçə gün əvvəl vəfat edən 20 yaşlı Rəşad Məmmədəliyevin anası Fəridə Hüseynova deyib.

O bildirib ki, övladının ölümünə ürək problemi səbəb olmayıb. 

F.Hüseynova söyləyib ki, Rəşad həkimə gedərkən yolda su içmək üçün avtomobildən düşüb və bu zaman yıxılıb, ağır kəllə-beyin travması alıb:

"Yıxılıb, başı betona dəyib. Təzyiqi qalxdığı deyilir. Rəşadın ürəyində hər hansı problem yox idi, şəkəri, təzyiqi var idi".

Mərhumun anası bildirib ki, Rəşadın əməliyyatının bir ili başa çatdıqdan sonra icazə verilsə idi, elçi gedib istədiyi qızı almağı planlaşdırırdılar.

Yaxınları deyib ki, oktyabrın 31-də Rəşada ürək köçürülməsinin 1 ili tamam olacaqdı. Bununla bağlı konfrans keçirilməsi nəzərdə tutulurdu və Rəşad orada iştirak edəcəkdi.

Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib. Meyit donorun ürəyi köçürülmüş 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Rəşad Məmmədəliyev bir neçə gün əvvəl vəfat edib.

Daha ətraflı Baku TV-nin sujetində: