Adambaşına müavinət xərci 3946,16 manat olacaq
05 Noyabr 2026, 15:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
299
16.10.2026, 10:43
İndi Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləmək mümkündür.
Oxu24.com xəbər verir ki, artıq Birbank tətbiqindəki köçürmələr zamanı SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodunu gözləməyə və daxil etməyə ehtiyac qalmır. Beləliklə, SİMA İmza ilə köçürmə prosesi daha sürətli və rahat həyata keçirilir. Qeyd edək ki, indiyədək bu əməliyyatlar 3D təhlükəsizlik sistemi çərçivəsində göndərilən birdəfəlik təsdiq kodu ilə təsdiqlənirdi.
İnteqrasiyanın əsas məqsədi pul köçürmələri zamanı təsdiqləmə prosesini sadələşdirmək, əlavə addımları aradan qaldırmaq və istifadəçilərin rəqəmsal bankçılıq təcrübəsini daha da yaxşılaşdırmaqdır.
Qeyd edək ki, hazırda yeni imkan yalnız Birbank tətbiqində SİMA İmza ilə qeydiyyatdan keçmiş müştərilər üçün əlçatandır. Digər istifadəçilər pul köçürmələrini əvvəlki qaydada, 3D təhlükəsizlik kodu vasitəsilə təsdiqləyə bilərlər. Növbəti mərhələdə isə digər istifadəçilərə də SİMA İmza ilə köçürmələri təsdiqləmək imkanı təqdim olunacaq.
SİMA İmza haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC tərəfindən yaradılıb. SİMA İmza istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən mobil tətbiq vasitəsilə ödənişsiz şəkildə əldə etmək mümkündür.
15:31 / 05 Noyabr 2026
1
15:25 / 05 Noyabr 2026
27
15:10 / 05 Noyabr 2026
44
14:57 / 05 Noyabr 2026
107
14:50 / 05 Noyabr 2026
94
14:48 / 05 Noyabr 2026
95
14:44 / 05 Noyabr 2026
76
14:41 / 05 Noyabr 2026
104
14:36 / 05 Noyabr 2026
86
14:25 / 05 Noyabr 2026
111
14:24 / 05 Noyabr 2026
102
14:18 / 05 Noyabr 2026
259
14:08 / 05 Noyabr 2026
137
14:01 / 05 Noyabr 2026
104
13:48 / 05 Noyabr 2026
1164
13:41 / 05 Noyabr 2026
111
13:20 / 05 Noyabr 2026
161
13:12 / 05 Noyabr 2026
174
13:02 / 05 Noyabr 2026
397
13:00 / 05 Noyabr 2026
205
12:56 / 05 Noyabr 2026
199
12:51 / 05 Noyabr 2026
135
12:41 / 05 Noyabr 2026
457
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.