Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
05 Noyabr 2026, 14:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1509
16.10.2026, 09:21
Azərbaycana qarşı dini-ideoloji təxribatların, əlaqələndirilmiş informasiya əməliyyatlarının və kiberhücumların miqyasının artdığı bildirilir.
Oxu24.com xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının bəyanatında qeyd olunub.
Bəyanatda vurğulanıb ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması, enerji təhlükəsizliyindəki rolu, regional tranzit dəhlizlərində strateji əhəmiyyəti və ölkədaxili sabitlik fonunda xarici aktorların ölkəyə qarşı hibrid hücumları genişlənib.
Komissiyanın məlumatına görə, aidiyyəti dövlət qurumları ilə aparılan araşdırmalar zamanı ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə qütbləşmə yaratmağa və dövlət qurumlarına etimadı sarsıtmağa yönəlmiş fəaliyyətlər müəyyən edilib.
Bildirilib ki, bu əməliyyatlar ölkə daxilində və xaricində fəaliyyət göstərən təsir agentləri, gizli təşkilatlar, haker qrupları, xarici media qurumları, saxta sosial şəbəkə hesabları və botlar vasitəsilə həyata keçirilir.
Bəyanatda dost və qonşu ölkələrin ərazilərində fəaliyyət göstərən bəzi qüvvələrin dezinformasiya məzmunlarını müstəqil görünən kanallar vasitəsilə yayaraq Azərbaycanda etnik, dini və siyasi zəmində qarşıdurma yaratmağa çalışdığı da iddia olunub.
Komissiya qeyd edib ki, hibrid təhdidlər zamanı sosial şəbəkə alqoritmlərindən, “əks-səda kameraları” və “filtr qabarcıqları” mexanizmlərindən istifadə edilərək manipulyativ məzmun müəyyən auditoriyalara yönəldilir.
Bununla yanaşı, aparılan monitorinqlərin nəticələrinə əsasən, Azərbaycan cəmiyyətinin bu cür təxribatlara uymadığı və dövlətin həyata keçirdiyi tədbirləri dəstəklədiyi bildirilib.
Milli Məclisin müvəqqəti komissiyası aidiyyəti dövlət qurumları ilə birlikdə hibrid hücumların qarşısının alındığını və bundan sonra da belə cəhdlərin cavabsız qalmayacağını bəyan edib.
Komissiya, həmçinin Azərbaycana qarşı yönəlmiş fəaliyyətləri qınayan dost və qonşu ölkələrin vətəndaşlarına təşəkkürünü bildirib.
14:24 / 05 Noyabr 2026
1
14:18 / 05 Noyabr 2026
67
14:08 / 05 Noyabr 2026
75
14:01 / 05 Noyabr 2026
54
13:48 / 05 Noyabr 2026
461
13:41 / 05 Noyabr 2026
88
13:20 / 05 Noyabr 2026
127
13:12 / 05 Noyabr 2026
153
13:02 / 05 Noyabr 2026
287
13:00 / 05 Noyabr 2026
175
12:56 / 05 Noyabr 2026
113
12:51 / 05 Noyabr 2026
114
12:41 / 05 Noyabr 2026
381
12:40 / 05 Noyabr 2026
118
12:39 / 05 Noyabr 2026
104
12:36 / 05 Noyabr 2026
167
12:27 / 05 Noyabr 2026
550
12:26 / 05 Noyabr 2026
102
12:16 / 05 Noyabr 2026
690
12:14 / 05 Noyabr 2026
101
12:11 / 05 Noyabr 2026
102
12:00 / 05 Noyabr 2026
112
11:48 / 05 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.