Ərdoğandan İlham Əliyevə qeyri-adi TƏBRİK
02 Noyabr 2026, 12:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
337
13.10.2026, 15:47
İranda son günlər məcburi hicab qaydalarına qarşı narazılıqların və gizli aksiyalara çağırışların yenidən canlanması müşahidə olunur.
EDnews xəbər verir ki, bu haqda yerli fəallar və sosial media platformalarında məlumatlar və videolar yayılıb.
Bildirilir ki, ölkədə rejimdaxili gərginliklər və iqtisadi böhran dərinləşdikcə, qadınlar və müxalif qruplar bir sıra platformalar vasitəsilə yeni etiraz dalğasına hazırlaşırlar.
Media fəalları və insan haqları müdafiəçilərinin sözlərinə görə, son aylar “Əxlaq polisi”nin küçələrdəki birbaşa reydləri qismən azalsa da, rejim qadınlara qarşı iş yerləri, xidmət sektorları və kafelər vasitəsilə “sosial və iqtisadi” təzyiqləri artırıb. Hicab qaydalarına əməl olunmayan bir çox kafe və ticarət obyektləri möhürlənir. Buna cavab olaraq qadınlar kütləvi şəkildə baş örtüyündən imtina edərək passiv müqaviməti davam etdirirlər.
Sosial şəbəkələrdə fəallaşan çağırışlarla yanaşı, ölkə daxilində fəaliyyət göstərən gizli müqavimət qrupları repressiya rəmzlərinə, hökumət binalarına və təbliğat bannerlərinə qarşı yönəlmiş aksiyalar təşkil edirlər.
Qeyd olunur ki, son aylarda baş verən kütləvi edam dalğası (xüsusilə əvvəlki aksiyalarda həbs olunanların edam edilməsi) cəmiyyətdə qorxu yaratmaq məqsədi güdsə də, əks-effekt verərək daxili qəzəbi daha da alovlandırıb. Qadın haqları və edam əleyhinə çağırışlar vahid etiraz xəttində birləşib.
Buna nümunə kimi sentyabrın son günlərində Tehranın Evin həbsxanasında saxlanılan 23 siyasi qadın məhbusun qadın və qızların hüquqları ilə bağlı çağırışları və eyni uzun müddətdir ölkə həbsxanalarında məhbusların hər həftənin ikinci günündən başlayan 24 saat müddətinə başlayan aclıq aksiyaları göstərilir.
İnsan haqları təşkilatları və hüquq müdafiəçilərinin sözlərinə görə, indi məcburi hicab qaydalarına qarşı gözlənilən yeni etiraz aksiyalarına hazırlıq və çağırışlar 2022-ci ildə Məhsa Əmininin “Əxlaq polisi” tərəfindən öldürülməsindən sonra edilən çağırışlar xatırladır.
18:02 / 02 Noyabr 2026
1
17:58 / 02 Noyabr 2026
10
17:53 / 02 Noyabr 2026
29
17:39 / 02 Noyabr 2026
55
17:20 / 02 Noyabr 2026
74
17:13 / 02 Noyabr 2026
172
17:02 / 02 Noyabr 2026
193
16:53 / 02 Noyabr 2026
517
16:28 / 02 Noyabr 2026
87
16:10 / 02 Noyabr 2026
310
16:03 / 02 Noyabr 2026
88
16:01 / 02 Noyabr 2026
185
15:33 / 02 Noyabr 2026
110
15:29 / 02 Noyabr 2026
179
15:18 / 02 Noyabr 2026
283
15:14 / 02 Noyabr 2026
125
15:10 / 02 Noyabr 2026
208
15:01 / 02 Noyabr 2026
102
14:59 / 02 Noyabr 2026
124
14:22 / 02 Noyabr 2026
250
14:20 / 02 Noyabr 2026
251
14:09 / 02 Noyabr 2026
109
13:55 / 02 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.