İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb
25 Noyabr 2026, 15:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
295
26.09.2026, 10:33
Qonşularla yaxşı və proqnozlaşdırıla bilən münasibətlər Azərbaycanın tranzit ölkəsi kimi inkişafının şərtlərindən birinə çevrilib.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.
"Bizim qonşularımızla və qonşularımızın qonşuları ilə yaxşı münasibətlərimizin olması zəruri idi. Əks halda, açıq dənizə çıxışı olmayan bir ölkə olaraq nə qədər çalışsaq da, uğur qazanmaq qeyri-mümkün olardı", - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın bütün qonşuları ilə münasibətləri aydındır və daha vacibi isə proqnozlaşdırıla biləndir.
İlham Əliyev qeyd edib ki, tranzit daşımalarının inkişafı üçün ölkəyə ilk növbədə fiziki infrastruktur yaratmaq tələb olunurdu: "Azərbaycan dəmir və avtomobil yollarına, dəniz limanlarına və hava yük daşımalarına böyük vəsaitlər yatırıb. Hazırda dəmir yollarının 60 %-i elektrikləşdirilib və bu iş davam etdirilir. Ölkənin bütün qonşuları ilə dəmiryolu əlaqəsi, eləcə də inkişaf etmiş daxili şəbəkəsi var".
Prezidentin sözlərinə görə, Azərbaycan əvvəlcədən elə şərait yaradırdı ki, yükgöndərənlər onun ərazisindən keçən marşrutu seçsinlər: "Söhbət həm fiziki infrastrukturdan, həm də bərələrdən istifadəni əhatə edən multimodal daşımalar üçün inzibati şərtlərdən gedirdi.
Bu iş hələ indiki geosiyasi dəyişikliklərdən əvvəl aparılırdı. Beş il əvvəl ənənəvi təchizat zəncirlərinin pozulmasını hətta təsəvvür etmək belə çətin idi".
16:15 / 25 Noyabr 2026
1
16:05 / 25 Noyabr 2026
59
15:59 / 25 Noyabr 2026
128
15:41 / 25 Noyabr 2026
374
15:32 / 25 Noyabr 2026
148
15:30 / 25 Noyabr 2026
105
15:26 / 25 Noyabr 2026
95
15:22 / 25 Noyabr 2026
90
15:19 / 25 Noyabr 2026
96
15:10 / 25 Noyabr 2026
145
15:03 / 25 Noyabr 2026
186
14:58 / 25 Noyabr 2026
96
14:57 / 25 Noyabr 2026
111
14:33 / 25 Noyabr 2026
108
14:30 / 25 Noyabr 2026
130
14:29 / 25 Noyabr 2026
101
14:21 / 25 Noyabr 2026
112
14:03 / 25 Noyabr 2026
474
14:02 / 25 Noyabr 2026
135
14:00 / 25 Noyabr 2026
140
13:56 / 25 Noyabr 2026
131
13:47 / 25 Noyabr 2026
114
13:45 / 25 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.