Prezident onları təltif etdi -SİYAHI
05 Noyabr 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
240
26.09.2026, 10:25
İndiyədək görülən işlər gələcək inkişafın əsas ilkin şərti olub. Çünki görülən işlər, sabit iqtisadiyyat, müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcək haqqında danışmaq çətin olardı.
Oxu24.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Buna görə də biz həmin müsbət dinamikaya əsaslanmalıyıq. İqtisadiyyatın müxtəlif sahələrini təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi görməsinə və ölkəmizdə artıq əlverişli investisiya mühitinin formalaşmasına əsaslanmalıyıq. Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb. Bunun yarısını birbaşa xarici investisiyalar təşkil edir. Bütün bunlara əsaslanaraq, iqtisadi inkişafın ümumi tendensiyalarına uyğun hərəkət etməli, uzunmüddətli və dayanıqlı artımı təmin etmək üçün neft-qaz sektorundan kənardakı sahələrdə mövcud potensialımızdan istifadə etməliyik”, - Prezident bildirib.
“Mən bir neçə əsas prioriteti qeyd edərdim. Onlardan biri bərpaolunan enerjidir. Biz nəhəng potensiala malikik. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 giqavat təşkil edir. Bundan əlavə, quruda yerləşən günəş və külək elektrik stansiyaları artıq fəaliyyət göstərir. Məqsədimiz elektrik enerjisinin istehsalında təbii qaz istehlakını minimuma endirmək və qənaət olunan qaz ehtiyatlarını ixraca yönəltməkdir. Qarşıdakı beş ildə bərpaolunan enerji layihələri hər yerdə olacaq. İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi, şübhəsiz ki, logistika və nəqliyyatdır. Biz uzun müddətdir ki, bu istiqamətdə çalışırıq: fiziki infrastruktur yaradır, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdırır və qonşu ölkələrlə əməkdaşlıq edirik. Çünki Azərbaycanın açıq dənizə çıxışı yoxdur və qonşularımız olmadan bu işi yalnız ölkə daxilində həyata keçirə bilmərik. Ənənəvi təchizat zəncirlərinin bəzilərinin böhranla üzləşdiyi mövcud siyasi vəziyyət nəzərə alınarsa, bu sahə iqtisadiyyatın digər mühüm hərəkətverici qüvvəsinə çevriləcək”, - Prezident İlham Əliyev qeyd edib.
“Bu, yerli və xarici investisiyalar üçün böyük fürsətdir. Elektrik enerjisi istehsalı gücü də, şübhəsiz ki, mühüm əhəmiyyət daşıyır. Biz bu məsələyə iki istiqamətdən yanaşırıq. Birincisi, həmin enerjidən süni intellekt və məlumat mərkəzləri də daxil olmaqla, ölkə daxilində maksimum dərəcədə necə istifadə etməkdir. İkincisi isə elektrik enerjisinin necə ixrac olunmasıdır. Bizdə elektrikötürücü xətlər var, lakin onların gücü kifayət etmir. Buna görə də hazırda yeni elektrikötürücü xətlərin yaradılması və mövcud xətlərin genişləndirilməsi üzərində işləyirik. Bu da gələcək iqtisadi inkişafın mühüm hissəsini təşkil edəcək. Böyük potensiala malik sahələrdən biri də mədən sənayesidir. Bir neçə gün əvvəl mədən sənayesi ilə bağlı dövlət proqramı qəbul edilib. Bu, dörd ili əhatə edən qısamüddətli proqramdır və sahədə böyük fəallıq yaradacaq. Bunlar inkişafımızın əsas istiqamətləridir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
“Əlbəttə, hamının bildiyi, lakin bəzən açıq şəkildə dilə gətirilməyən əsas məsələni — neft və qazı da unutmamalıyıq. Xüsusilə nəzərə alsaq ki, bu il çoxsaylı müqavilələr imzalanıb və bu gün də yeni müqavilələr imzalanacaq. Buna görə də neft-qaz sektoru iqtisadiyyatımızda dominant mövqeyini qoruyacaq və yenidən investisiyaya yönəldiləcək sərvətin formalaşdırılmasını davam etdirəcək”, - Prezident İlham Əliyev qeyd edib.
15:55 / 05 Noyabr 2026
138
15:46 / 05 Noyabr 2026
49
15:31 / 05 Noyabr 2026
121
15:25 / 05 Noyabr 2026
93
15:10 / 05 Noyabr 2026
76
14:57 / 05 Noyabr 2026
149
14:50 / 05 Noyabr 2026
124
14:48 / 05 Noyabr 2026
114
14:44 / 05 Noyabr 2026
93
14:41 / 05 Noyabr 2026
125
14:36 / 05 Noyabr 2026
100
14:25 / 05 Noyabr 2026
136
14:24 / 05 Noyabr 2026
124
14:18 / 05 Noyabr 2026
300
14:08 / 05 Noyabr 2026
153
14:01 / 05 Noyabr 2026
110
13:48 / 05 Noyabr 2026
1328
13:41 / 05 Noyabr 2026
120
13:20 / 05 Noyabr 2026
179
13:12 / 05 Noyabr 2026
188
13:02 / 05 Noyabr 2026
429
13:00 / 05 Noyabr 2026
228
12:56 / 05 Noyabr 2026
226
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.