Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1690
az

Sarkisyan: Paşinyanın bəyanatı Qarabağ üçün təhlükədir

11:5213 May, 2018
2231
SİYASƏT
  • A
 Ermənistanın sabiq müdafiə naziri Viqen Sarkisyan yeni baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi məsələsilə bağlı fikirlərini təhlükəli adlandırıb.

"Bir neçə gün öncə mətbuat konfransı zamanı baş nazirin söylədiyi fikirlər təhlükəlidir. Əminəm ki, Paşinyan bu fikirlərilə Ermənistanda vəziyyəti çətinləşdirməyə çalışmayıb. Lakin onun səsləndirdiyi bəyanatlar nəinki Azərbaycanın aqressiv reaksiyasına, hətta beynəlxalq tərəfdaşlarımızın, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin narahatlığına səbəb olub”, – Oxu.Az xəbər verir ki, bunu Sarkisyan "Ararat” qəzetində verdiyi müsahibədə bildirib.  
Onun sözlərinə görə, baş nazir bəyan edib ki, Ermənistan münaqişə tərəfidir:

"Belə bir iddia ilə hər zaman Azərbaycan tərəfi çıxış edib. Həmçinin beynəlxalq ictimaiyyət Ermənistanın Dağlıq Qarabağda təklükəsizliyinin təminatçısı kimi, danışıqlar tərəfdaşı kimi tanıyır. Münaqişə tərəfi kimi deyil. Bu, pis nəticələnə bilər.
Həmçinin baş nazirin danışıqlar prosesində Ermənistan deyil, "Dağlıq Qarabağ Respublikası” (DQR) çıxış etməlidir, deməsi də anlaşılmazıdır. Belə çıxır ki, danışıqlar zamanı Ermənistan ayrı, "DQR" ayrı çıxış edəcək? İndiyə qədər bu, belə olmayıb. Daha sonra isə baş nazir danışıqlar üçün yeni yanaşmadan bəhs edib.

Ola bilsin ki, bu, ön şərtdir. Yəqin ki, baş nazir "DQR” olmadan son qərara nail olunmaz, bildirmək istəyib. Bu mövqe dəfələrlə eks prezident Serj Sarkisyan tərəfindən səsləndirilib. Həmçinin bu yanaşma ATƏT-in Minsk Qrupu həmsədr-ölkələri tərəfindən də dəstəklənir”, - deyə eks nazir bildirib.
Həmçinin sabiq nazir Paşinyanın "DQR”in beynəxalq tanınması ilə bağlı mövqeyini də "anlaşılmaz” adlandırıb:
"Ermənistan hər zaman bəyan edib ki, statusun beynəxalq tanınması nizamlanla prosesinə də uyğun olmalıdır. Hər zaman tanınma ilə bağlı qətnamələri "DQR” xalqı üçün hörmət əlaməti olaraq alqışlamışıq. Lakin heç vaxt təşəbbüskar kimi çıxış etməmişik”.
Onun sözlərinə görə, baş nazirin bəyanatlarında danışıqlar prosesindən xəbərsizlik hiss olunur:
"Misal üçün, sülhməramlıların yerləşdirilməsi məsələsinin heç zaman gündəmdə olmaması ilə bağlı iddia. Sülhməramlıların yerləşdirilməsi məsələsi bir sıra sənədlərdə, o cümlədən Madris prinsiplərində öz əksini tapıb” Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu