Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1686
az

“7 rayon və Qarabağ qeyd-şərtsiz qaytarılmalıdır” - Rusiyadan bəyanat

20:3012 May, 2018
2702
SİYASƏT
  • A
 Qarabağ probleminin nizamlanması məsələsi ilə bağlı danışıqlar masasına məhz Azərbaycan və Ermənistanın rəhbərləri oturmalıdır.

Oxu24.com  Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Heydər Əliyev Mərkəzində təşkil edilən "Heydər Əliyev: Şəxsiyyət, missiya, irs” Azərbaycan-Rusiya tarixi-sənədli sərgisinin kuluarında deyib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan sərgisi çox diqqətəlayiq hadisədir: "Burada böyük Heydər Əliyevin həyat yolundan ətraflı bəhs edilir. Sərgidə nümayiş olunan fotoşəkillər və sənədlərdə biz onun varlığını, hərtərəfli şəxsiyyətini görürük. O, harada, nə işlə məşğul olmasına baxmayaraq, daim oxuyub, öz səviyyəsini artırıb”.

Deputat qeyd edib ki, Rusiya bu gün Cənubi Qafqazda, o cümlədən Ermənistanda baş verən hadisələri həyəcanla izləyir. Rusiya orada hansı proseslərin baş verdiyindən narahatdır. Onun sözlərinə görə, Rusiya gözləyir ki, Ermənistanın yeni rəhbərliyi Rusiya tərəfinin onların ölkəsi üçün nələr etdiyini və edəcəyini unutmasın.

"Azərbaycanın mövqeyinə gəlincə, mən güclənməyi, güclənməyi və bir daha güclənməyi məsləhət görürəm. Siyasi cəhətdən güclənməli, öz hərbi gücünü artırmalı — bu mənada mükəmməlliyə heç bir məhdudiyyət yoxdur” – deyə Rusiya Dumasının üzvü bildirib.

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Qarabağ probleminin nizamlanmasına dair danışıqlarda qondarma "Dağlıq Qarabağ rejimi”nin tamhüquqlu tərəf kimi iştirakı barədə dediklərini şərh edən Savelyev soruşub: "Nədir, Qarabağ, hansısa subyekt zaddır?”

Onun fikrincə, bu məsələ ilə bağlı danışıqlar masasına Azərbaycan və Ermənistan rəhbərləri oturub danışmalıdırlar.

Onun fikrincə, idealda əlbəttə bütün bunlar sülh yolu ilə həll olunmalıdır: "Qarabağ məsələsi sabiq Sovet İttifaqının bədənindəki qanlı yaradır və artıq neçə onilliklərdir bizə əziyyət verir”.

"Mən hesab edirəm ki, 7 rayonun və Qarabağın özünün qansız və qeyd-şərtsiz Azərbaycana qaytarılması istiqamətində bütün səylər göstərilməlidir” – deyə Savelyev əlavə edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu