Erməni deputatın “yazılı zəmanət” tələbinin arxasında nə dayanır? – Politoloqdan ŞƏRH
11 Avqust 2026, 11:08
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
71
11.08.2026, 10:52
Azərbaycanda müddətli hərbi xidmətin şərtləri, xüsusən də xidmət müddətinin qısaldılması və ödənişli hərbi xidmət modelinin tətbiqi məsələsi vaxtaşırı cəmiyyətin gündəminə gəlir. İctimaiyyətdə bu istiqamətdə hər hansı yeniliyin olub-olmayacağı ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Lakin hazırkı mürəkkəb regional təhlükəsizlik reallıqları fonunda belə dəyişikliklərin yaxın gələcəkdə nə dərəcədə real olduğu sual doğurur. Ətrafımızda cərəyan edən hərbi-siyasi proseslər dövlətin müdafiə qabiliyyətinin daim yüksək səviyyədə saxlanılmasını tələb edir. Bəs mövcud təhlükəsizlik şəraiti nəzərə alınmaqla xidmət müddətinin azaldılması və ya ödənişli xidmətə keçid nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda Azərbaycanda müddətli hərbi xidmət müddətinin qısaldılması və ya ödənişli hərbi xidmət modelinin tətbiqi məsələsi aidiyyəti dövlət strukturları tərəfindən müzakirə olunmur.
Ekspert vurğulayıb ki, regiondakı mövcud təhlükəsizlik reallıqları belə adımların atılmasına imkan vermir:
"Azərbaycanın həm şimalında, həm cənubunda genişmiqyaslı müharibə və münaqişələrin davam etdiyi bir vaxtda belə bir məsələnin müzakirə olunması məqsədəuyğun deyil. Digər tərəfdən isə Ermənistan ilə Azərbaycan arasında sülh sazişi hələ də imzalanmayıb. Nəzərə alsaq ki, Silahlı Qüvvələrimiz kifayət qədər ciddi vəzifə və öhdəliklər yerinə yetirir, belə bir vəziyyətdə Azərbaycan hərbi xidmətə çağırış müddətinin qısaldılması və ya ödənişli hərbi xidmətin tətbiqi məsələsində milli və dövlət maraqlarımıza zidd addımlar ata bilməz".
Ə.Verdiyev xatırladıb ki, bu barədə rəsmi müstəvidə heç bir təşəbbüs yoxdur:
"Xatırladıram ki, hazırda nə aidiyyəti dövlət strukturlarından, nə Silahlı Qüvvələr komandanlığından, nə də müvafiq qanunverici orqandan xidmət müddətinin qısaldılması və ya ödənişli xidmətin tətbiqi barədə bir dəfə də olsun təklif qəbul edilməyib. Belə bir hələlik zərurət duyulmayan məsələlərin zaman-zaman gündəmə gətirilməsi, fikrimcə, məqsədli xarakter daşıyır".
Çimnaz Telmanqızı
Həmçinin oxuyun
12:09 / 11 Avqust 2026
41
11:56 / 11 Avqust 2026
51
11:41 / 11 Avqust 2026
45
11:37 / 11 Avqust 2026
51
11:20 / 11 Avqust 2026
73
11:08 / 11 Avqust 2026
60
10:56 / 11 Avqust 2026
192
10:42 / 11 Avqust 2026
65
10:34 / 11 Avqust 2026
57
10:31 / 11 Avqust 2026
194
10:29 / 11 Avqust 2026
80
10:27 / 11 Avqust 2026
65
10:25 / 11 Avqust 2026
85
10:08 / 11 Avqust 2026
539
10:03 / 11 Avqust 2026
60
09:57 / 11 Avqust 2026
66
09:49 / 11 Avqust 2026
60
09:47 / 11 Avqust 2026
98
09:40 / 11 Avqust 2026
621
09:38 / 11 Avqust 2026
74
09:34 / 11 Avqust 2026
67
09:20 / 11 Avqust 2026
69
09:02 / 11 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.