Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1644
az

Paşinyanın Türkiyəyə çağırışına Ankaradan - Cavab

14:1311 May, 2018
1387
SİYASƏT
  • A
Azərbaycan əraziləri azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması haqqında söhbət belə gedə bilməz.

Oxu24.com trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə xarici jurnalistlər üçün keçirdiyi brifinq zamanı etdiyi bəyanatları şərh edərkən Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.
Administrasiyadan qeyd ediblər ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir: "Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyi dəqiq və aydındır və Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməlidir".

Ermənistanın qondarma "erməni soyqırımı" iddialarına gəlincə isə, administrasiyadan bildiribər ki, Türkiyə 1915-ci ilin hadisələrini araşdırmaq üçün özünün bütün arxivlərini açıb: "Arxivlərin açılması barədə bir neçə dəfə prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib. Əgər tarixdə ermənilərə qarşı "soyqırım" olsaydı, Ermənistan Ankaranın arxivlərin açılması barədə təklifi ilə razılaşardı".

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan ilkin şərtlər olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU