Ceyhun Məmmədov: 15 İyun Azərbaycan tarixində dönüş və inkişafın başlanğıcıdır
15 İyun 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
246
15.06.2026, 12:57
Azərbaycan və Ermənistan arasında normallaşma prosesində tarixi və olduqca diqqətçəkən bir hadisə baş verib. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilk dəfə olaraq Ermənistanın Dilican şəhərinə səfər edib. Dilican şəhərində baş tutan işgüzar görüşdə o, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla bir araya gəlib. Ermənistan Təhlükəsizlik Şurasının və rəsmi mənbələrin yaydığı məlumata görə, tərəflər iki ölkə arasında sülh gündəliyinə dair mühüm məsələləri, o cümlədən vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirlərini müzakirə ediblər. Eyni zamanda növbəti görüşün Azərbaycanda keçiriləcəyi təsdiqlənib.
Bəs bu görüş sülh prosesində hansı yeni mərhələdən xəbər verir? Görüşün Bakıda və ya İrəvanda deyil, məhz Dilicanda baş tutmasının xüsusi bir simvolik və ya strateji mənası varmı?
Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran politoloq Elman Telmanoğlu bildirib ki, Hikmət Hacıyev ilə Armen Qriqoryan arasında Dilican şəhərində baş tutan görüş Azərbaycan-Ermənistan normallaşma prosesində diqqətçəkən siyasi siqnal kimi qiymətləndirilə bilər:
“Bu görüş ilk növbədə onu göstərir ki, tərəflər dialoqu yalnız formal diplomatik platformalar çərçivəsində deyil, daha çevik və birbaşa təhlükəsizlik kanalları vasitəsilə də davam etdirmək niyyətindədirlər. Sülh prosesinin kontekstində bu görüş yeni mərhələnin, daha praktik və nəticəyönümlü danışıqlar mərhələsinin başlandığını göstərə bilər”.
Politoloqun sözlərinə görə, əgər əvvəlki mərhələlərdə əsas diqqət prinsipial mövqelərin formalaşdırılmasına, sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması kimi fundamental məsələlərə yönəlmişdisə, hazırkı mərhələdə tərəflərin daha həssas siyasi və təhlükəsizlik məsələlərini birbaşa müzakirə etməyə keçdiyi görünür. Bu da tərəflər arasında müəyyən səviyyədə etimad kanallarının formalaşdığını sübut edir.
Görüş məkanı kimi məhz Dilicanın seçilməsinə toxunan Elman Telmanoğlu bunun xüsusi siyasi məna daşıdığını vurğulayıb:
“Dilican coğrafi və psixoloji baxımdan paytaxtlardan uzaq, daha sakit və daha az siyasi təzyiq yaradan məkan hesab olunur. Belə neytral atmosfer tərəflərə daxili auditoriyaların sərt reaksiyası olmadan daha açıq müzakirələr aparmaq imkanı verə bilər. Bununla yanaşı, Dilicanın seçilməsi müəyyən simvolik mesaj da daşıya bilər. Tavuş bölgəsi Ermənistan-Azərbaycan sərhədinə yaxın strateji ərazidir və son illərdə sərhəd delimitasiyası müzakirələrinin mühüm hissəsinə çevrilib. Bu baxımdan görüşün həmin bölgədə keçirilməsi sülh gündəliyinin mərkəzində məhz sərhəd təhlükəsizliyi və regional sabitliyin dayandığını göstərən mesaj kimi oxuna bilər”.
E.Telmanoğlu əlavə edib ki, siyasi baxımdan bu görüşü “tam razılaşmaya yaxınlaşma” kimi qiymətləndirmək hələ tezdir. Lakin prosesin ən mühüm nəticəsi odur ki, Bakı və İrəvan arasında birbaşa təmaslar kəsilməyib və tərəflər vasitəçilərdən kənar formatda dialoqu saxlamağa davam edirlər. Bu isə Cənubi Qafqazda uzunmüddətli sülh perspektivi üçün müsbət indikator hesab oluna bilər.
Çimnaz Telmanqızı
15:49 / 15 İyun 2026
1
15:44 / 15 İyun 2026
22
15:43 / 15 İyun 2026
23
15:40 / 15 İyun 2026
27
15:10 / 15 İyun 2026
58
15:09 / 15 İyun 2026
76
14:50 / 15 İyun 2026
62
14:32 / 15 İyun 2026
64
14:07 / 15 İyun 2026
56
14:00 / 15 İyun 2026
69
13:55 / 15 İyun 2026
80
13:50 / 15 İyun 2026
79
13:37 / 15 İyun 2026
82
13:34 / 15 İyun 2026
67
13:32 / 15 İyun 2026
72
13:17 / 15 İyun 2026
86
13:06 / 15 İyun 2026
74
12:49 / 15 İyun 2026
89
12:47 / 15 İyun 2026
239
12:31 / 15 İyun 2026
103
12:25 / 15 İyun 2026
85
12:13 / 15 İyun 2026
107
12:11 / 15 İyun 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.