"Müasir Azərbaycanın əldə etdiyi uğurlardan biri də güclü ordunun yaradılmasıdır".
Oxu24.com xəbər verir ki,bunu Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimat mərasimində Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu müasir silahlarla təchiz edilib, yüksək döyüş hazırlığına malik, Ali Baş Komandanın rəhbərliyi ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir qüvvətli bir ordudur.
F. Ələsgərov qeyd edib ki, Azərbaycan ordusu öz gücünü 2016-ci ilin aprelində göstərib, üçrəngli bayrağımızı düşməndən azad edilmiş torpaqlarda ucaldıb:
"Əminik ki, çox yaxın zamanda Azərbaycan bayrağı Qarabağda dalğalanacaq". Oxu24.com
ŞƏRHLƏR