İlham Əliyev başsağlığı verdi
11 Noyabr 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
654
28.05.2026, 11:03
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur.
108 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.
Oxu24.com -un məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
Həmin vaxt Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumidə Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib.
Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər xğa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.
Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib.
İlk hökumətin tərkibi belə idi:
Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov - hərbi nazir
Məmmədhəsən Hacınski - xarici işlər naziri
Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri
Xəlil bəy Xasməmmədov - ədliyyə naziri
Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri
Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri
Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri
Camo bəy Hacınski - dövlət nəzarəti naziri.Modern.az
11:34 / 11 Noyabr 2026
13
11:32 / 11 Noyabr 2026
77
11:28 / 11 Noyabr 2026
54
11:16 / 11 Noyabr 2026
201
11:13 / 11 Noyabr 2026
61
11:11 / 11 Noyabr 2026
79
11:06 / 11 Noyabr 2026
77
10:56 / 11 Noyabr 2026
244
10:51 / 11 Noyabr 2026
91
10:45 / 11 Noyabr 2026
91
10:33 / 11 Noyabr 2026
87
10:19 / 11 Noyabr 2026
91
10:13 / 11 Noyabr 2026
86
10:10 / 11 Noyabr 2026
88
10:10 / 11 Noyabr 2026
259
10:09 / 11 Noyabr 2026
147
09:56 / 11 Noyabr 2026
84
09:37 / 11 Noyabr 2026
881
09:35 / 11 Noyabr 2026
121
09:29 / 11 Noyabr 2026
95
09:25 / 11 Noyabr 2026
104
09:24 / 11 Noyabr 2026
89
09:22 / 11 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.